Alim Qasımovdan qızına ad günü təbriki Fotolar
Icma.az, Axsham.az portalına istinadən məlumat verir.
Xalq artisti Alim Qasımov qızı, Əməkdar artist Fərqanə Qasımovanın ad günü münasibətilə paylaşım edib.
Axşam.az xəbər verir ki, xanəndə sosial şəbəkə hesabında qızı ilə fotolarını paylaşaraq ona ürək sözlərini ünvanlayıb. İfaçı paylaşımında Fərqanəyə xoş arzularını ifadə edərək bunları yazıb:
"Doğum günün mübarək, qızım. Hər keçən yaş insan üçün yeni təcrübələr, fərqli həyat və anlarla dolur. Kainatın Rəbbinə duam isə Fərqanənin könlünə genişlik verməsi, qarşısına xeyirli insanları çıxarması və onu sevdiyi qullarının sevgisi ilə ruziləndirməsidir. Rəbbim ona dünya və axirət nemətlərinin ən gözəlini versin. Onun üzünü dünya və axirətdə güldürsün. Qarşıda onu gözləyən şər və müsibət varsa, onu qaldırsın. İrəlidə qovuşacağı nemət varsa, onu daha da artırsın. Ruzisinə, ömrünə, gününə və vaxtına bərəkət versin. Fərqanəni və balalarını xəyal belə edə bilmədiyi sonsuz gözəlliklərə qovuşdursun. Amin. Doğum günün mübarək olsun, Fərqanə".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 06 Avqust 2026 10:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















