Icma.az
close
up
RU
Alimlər 12 min il əvvəl nəsli kəsilmiş dəhşətli canavarları DİRİLTDİ

Alimlər 12 min il əvvəl nəsli kəsilmiş dəhşətli canavarları DİRİLTDİ

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

Amerikanın "Colossal Biosciences" şirkəti 12 min il əvvəl nəslinin kəsildiyi hesab edilən dəhşətli canavarlar (dire wolves) növünü uğurla diriltməyə müvəffəq olub.

News24.az xəbər verir ki, "Bloomberg"in məlumatına görə, bu qədim yırtıcıların yenidən canlandırılması olduqca mürəkkəb bir proses olub. "Colossal Biosciences" şirkətinin mütəxəssisləri ABŞ-dakı müxtəlif muzeylərlə əməkdaşlıq edərək, nəsli kəsilmiş heyvanlara aid DNT nümunələri axtarıblar. Nəticədə, Aydaho ştatında 72 min illik bir kəllə və Ohayo ştatında 13 min illik bir diş tapılıb.

Şirkətin əməkdaşı, doktor Bet Şapiro, diriltmə metodikasını belə izah edib: alimlər boz canavardan alınan hüceyrələri istifadə edərək 20 genetik düzəliş aparıblar. Dəyişikliklər əsasən dəhşətli canavarların xarakterik xüsusiyyətlərinə — böyük ölçü, güclü əzələ quruluşu və ağ rəngli tüklərə yönəldilib.

Modifikasiya edilmiş hüceyrələr ev itlərindən götürülmüş yumurtalara yerləşdirilib. Daha sonra ev itlərindən surroqat ana kimi istifadə edərək, üç balanın doğulmasına (Romul, Rem və Xalisi) nail olunub.

Heyvanların qorunması üçün onların yerləşdiyi yer gizli saxlanılır.

"Colossal Biosciences" eyni zamanda mamontu və Tasmaniya pələngini də "geri qaytarmaq" üzərində işləyir./Musavat.com

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://news24.az
archiveBu xəbər 08 Aprel 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri