Görən xarab yumurta bilib zibilə atır, biri 15 17 manata satılır
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Çin mətbəxinin qeyri-adi təamlarından olan və ilk baxışda xarab olmuş kimi görünən "Yüzillik yumurta" qiyməti və hazırlanma üsulu ilə diqqət çəkir.
Adına baxmayaraq, yumurtalar əsrlərlə deyil, bir neçə həftədən bir neçə aya qədər saxlanılır.
Ördək və ya toyuq yumurtaları gil, odun külü, duz və əhəng qarışığına batırılaraq hava keçirməyəcək şəkildə bağlanır.
Bu fermentasiya prosesi nəticəsində yumurtanın ağı qara və şəffaf jeleyə, sarısı isə tünd yaşıl rəngli kremvari kütləyə çevrilir.
Görünüşünə baxmayaraq, məhsul tamamilə təhlükəsizdir.
Qara hissəsi neytral və yüngül duzlu, yaşıl sarısı isə kəskin yetişmiş pendir dadını xatırladır.
Çətin istehsal prosesi və idxal xərcləri səbəbindən Türkiyədəki Uzaq Şərq qurme marketlərində bir ədədi təxminən 15-17 manata, 6 ədədlik qutusu isə 80-95 manat aralığında satılır.
Milli.Az
Baxış sayı:83
Bu xəbər 17 Noyabr 2026 08:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















