UEFA nın FİFA prezidenti postuna namizədi dəqiqləşdi Bu gün rəsmən tədiqlənəcək
Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.
UEFA prezidenti Aleksander Çeferinin sədrliyi ilə keçirilən iclasda Avropa milli assosiasiyaları Fransa Futbol Federasiyasının (FFF) prezidenti Filipp Diallonun FİFA prezidentliyinə namizədliyini irəli sürməsini təklif ediblər. Sport24.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında məlumat verilib.
Bildirilir ki, assosiasiya nümayəndələri yekdilliklə ona tam dəstək verəcəklərini bəyan ediblər. Onun namizədliyinin bu gün keçiriləcək iclasda FFF İcraiyyə Komitəsi tərəfindən rəsmən təsdiqlənməsi gözlənilir. Seçkilər 2027-ci ilin martında baş tutacaq, namizədlik sənədlərinin təqdim edilməsi üçün son tarix isə 18 noyabrdır. Daha əvvəl Arsen Vengerin bu vəzifəyə namizəd olmaq təklifindən imtina etdiyi bildirilmişdi.
FİFA-nın hazırkı prezidenti Canni İnfantinonun təşəbbüsü (FİFA-nın kommersiya fəaliyyətlərinə və turnirlərin, o cümlədən dünya çempionatının təşkilinə özəl investisiyaların cəlb edilməsini nəzərdə tutur) müxtəlif futbol assosiasiyaları tərəfindən tənqidlə qarşılanıb. Bir sıra milli federasiyalar, o cümlədən Fransa federasiyası, hazırkı prezidenti dəstəkləməkdən imtina ediblər.
Sentyabrda Diallo bildirmişdi ki, FİFA-dakı idarəetmə futbolun təmsil etməli olduğu standartlara cavab vermir. Bundan əlavə, o, İnfantinonun daha bir müddət vəzifədə qalmasına qarşı çıxanların olduğu UEFA İcraiyyə Komitəsinin üzvüdür.
Qeyd edək ki, 63 yaşlı Diallo, Noel Le Qraetin istefasından sonra, 2023-cü ilin yanvarında Fransa Futbol Federasiyasının rəhbərliyinə gəlib. O, həmin ilin iyununda rəsmən prezident elan olunub. 2024-cü ilin dekabrında isə 2028-ci ilə qədər davam edəcək yeni müddətə yenidən seçilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 17 Noyabr 2026 08:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















