Icma.az
close
up
RU
Menu

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Türk sivilizasiyasının qədim dövrü

Türk sivilizasiyasının qədim dövrü

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli

VIII yazı

Türk xalqlarının Xəzər dənizinin bütün ətrafında yaşayan yerli millət olması məsələsinin kəsinləşməsi yalnız Azərbaycan türkləri deyil, bütün türklərin problemidir. Zatən, Turan İmperiyası­nın nüvəsi olan türklərdən bir hissəsinin sonralar daha çox “Azərbay­can türkləri” kimi tanınması onların ümumtürk xəzər/azər/ kaz/quz /kas adlarını daşımasıyla bağlıdır. Bu günə qədər Xəzər dənizinə onlarla adlar verilmişdir ki, ancaq onlar arasında Xəzər, Türk, Quz, Kaspi, Kas, Oğuz kimi adların önə çıxmışdır. Deməli, Xəzər dənizinə verilən adlarla, onun hər iki sahilinə verilən yer adları Azərbaycan, Xəzər, Qazaxıstan, Oğuz, Qafqaz, Kazbek, Kepez bir-birini tamamla­mış­dır. Bu anlamda Xəzər dənizinin bütün ətrafında yaşayan türkləri dar anlamda birləşdirən Azərbaycan/ Xəzərbaycan, Qazax Eli, Türk­mən Eli, Oğuz Eli, Qıpçaq Eli geniş anlamda isə Turan İmperiyası olmuşdur. Bu anlamda sonralar və hazırda Azərbaycan türklərinin Xəzərlərin davamçısı kimi “Azərbay­can” ya da “Xəzərbaycan” anlayışlarıyla yanaşı Turan ülküsünə sahib çıxmaları təbiidir.

Yaqut əl-Həməvi də Azərbaycan sözünün kökündəki “azər” kəliməsinin “xəzər” sözüylə eyni mənalılığından bəhs etmişdir.[1] Türkmən şairi Əndalıp “Oğuznamə” əsərində Azərbaycanı Xəzər­beycan kimi qələmə vermişdir.[2]Türkmənlərin Koroğlusu da özünü xəzərbeycanlı adlandırır.[3] Türkmənistan türkmənləri indinin özündə də Xəzərbecan, Xəzər­baycan ifadələrini işlədirlər ki, [4] deməli, bütün zamanlarda azər (as ər) və xəzər (kas/qaz/ xaz ər) sözləri eyni mənanı, türklüyü və turanlılığı ifadə etmişdir.

Firudin Ağasıoğluna görə aslar/azlar türklərlə bağlı olub, azər, ya da xəzər sözləri onlarla bağlıdır.[5] O, yazır: “Türk boy (tayfa) adlarının ər sözü ilə işlən­məsi geniş yayılmış hadisədir. Məsələn, xəzər, suvar, avar, tatar, qamər, göyər, dügər, nadar, qacar və sairə. Ona görə də, mütəxəssis­lər düzgün olaraq, azər boyadını (etnonimi) az və ər hissələrinə ayrırlar. Eyni qayda ilə xəzər boy adı da belə hissələrə bölünür. Və hər iki adın başında gələn az və xəz sözünün eyni ad olması ortaya çıxır”.[6] Bu baxımdan biz də, F.Ağasıoğlu kimi o fikirdəyiz ki, Oğuzlar, Xəzərlər/Azərlər ölkəsi anlamına gələn Azərbaycan kəlimə­sinin Strabonun irəli sürdüyü Atropatena, Aturpatakan anlayışılarına heç bir aidliyi yoxdur.[7] Başqa sözlə, iranlıların/arilərin oda sitayişdən dolayı bu əraziləri “odlar ölkəsi”, “od tanrısının yeri”, “od evi”, “od qoruyucusu”, “odla abadlaşdırılmış ölkə” adlandırması bir şey, turanlıların/türklərin isə milli kimlikləri ilə bağlı yaşadıqları coğrafiyaya “xəzərlər/azərlər ölkəsi”, “oğuzlar ölkəsi”, “türklər/ turanlılar ölkəsi”, “bayların uca yeri” adlandırması tamam başqa şeydir.[8] Sadəcə biz, F.Ağasıoğlundan fərqli olaraq Azərbaycan türklərinin millət və dil adının uyğun olaraq “azər xalqı” və “azər dili” adlandırılmasını doğru saymırıq.[9]

Məhəmmədtağı Zehtabi yazır ki, Türk xalqları bu coğrafiyanın aborigen, yerli əhalisi olub, Şumerlərdə Türk mənşəli xalq olmuşdur.[10] O, bu əsərində göstərməyə çalışır ki, farsdillilər isə çox sonralar türklərin yaşadığı bu ərazilərə gəlmiş və bir çox yerli mədəniyyətlərdən faydalanmışdır. Zehtabi yazırdı: “Aparılan əsaslı araşdırmalara görə, türklər İranda altı min il əvvəl yaşamış və əhalinin əksəriyyətini təşkil etmişlər. Bu nisbət bu gün də dəyiş­məmişdir. Güney Azərbaycan sərhədlərindən xeyli uzaqlarda olan və İranın mərkəzi əyalətlərindən sayılan Həmədan, Savə, Zərənd, Əsədabadın əhalisi həmişə farsdilli kimi qələmə verilmişdir. Bu, tamamilə yanlışdır. Bu gün də, bütün tarix boyu da oranın sakinləri türklər olmuşdur. Bunu oradakı qazıntılar zamanı tapılmış gil löv­hələr, o yerlərin toponimikasi, folkloru, ədəbiyyatı təsdiq edir”.[11]

O yazırdı ki, aryan-fars qövmlərinin bu bölgəyə gəlişinə qədər, burada 3500 illik möhtəşəm mədəniyyətlər və dövlətlər olmuşdur. Zehtabiyə görə, bu kültürü yaradanlar günümüz İraq coğrafiyasında əski Şümerlər, günümüz İranın qərbində, mərkəzində və bütün Azərbaycan və Xəzərin güneyində Arattalar, Elamlar, Kassilər, Hurrilər, Kutilər, Lillibilər, Gilzanlar, Amerdlər, Kaspilər, Mannalar və Urartular olmuşdur; Əski tarix uzmanlarının böyük bir qrupu bu boyların iltisaqi dillərdə danışdığını və Mərkəzi Asiyadan gəldiyini təsbit etmişlər.[12]

O, iltisaqi dilləri bugünkü Türk dilinin kökü olaraq görmüş, bu coğrafiyadakı əski qövmlərin tamamının iltisaqi dillərdə danışdığı, iltisaqi dillərin mütləq Türkcə olduğu mövzusunda elm dünyasında bir-birindən fərqli görüşlərin mövcudluğunu yazmışdır. Zehtabiyə görə, ancaq fars qövmlərinin gəlişinədək burada Hind-Avropa dillər qrupuna daxil olan xalqların yaşaması elm tərəfindən bilinməməkdədir. Hind-Avropa tayfaları bu bölgəyə gələnə qədər burada daha çox Türk xalqları olmuş, ondan sonra Sami, Elam və digər xalqlar da mövcud olmuşdur. Zehtabi yazır ki, Pasagard qəbiləsinin öndərliyində, şərqdən İran coğrafiyasəna gələrək on dənə fars qəbiləsindən oturaq həyata keçən üçü Fars əyalətində, yeddisi isə Kirmanda yerləmişdir: “Bu on Hind-Avropa dilli qövm, Firdovsinin “Şahnamə”də göstərdiyi kimi İran yaylasına gəlincə, tamamilə fərqli həyat sürmüşlərdir. Onların yerləşdiyi bölgədə inkişaf etmiş mədəniyyətə sahib iltisaqi dillə danışan yerli xalqların (elamlar, kassilər, elliplər) bir neçə yüzil idarəsi altında yaşayaraq onlardan kültür, inkişaf etmiş həyat və yaşayış tərzi, əlifba, yazı və s. öyrənmişlərdir”.[13]

Zehtabi “İslama qədər İran türklərinin dili və ədəbiyyatı” əsərində də yazırdı ki, ana dilimiz və ədəbiyyatımızın neçə min illik vəziyyəti, keçdiyi yolları, uğradığı müsbət və mənfi hadisələri bilmək və araşdırmaq üçün Azərbaycan Türk xalqının ümumiyyətlə, çağadaş İran türklərinin o dövrdəki durumuyla tanış olması zəruridir.[14] Zehtabi daha sonra yazırdı ki, tarixə məlum olan miladdan 4-5 min il əvvəldən İslama qədərki uzun bir dövrdə cağdaş “İran”ın bütün Qərbi, Mərkəzi və Xəzərin cənub əyalət və mərkəzlərində, Quzey və Güney Azərbaycan da daxil olmaqla, həmişə Türk soylu ellər, qəbilələr, el birləşmələri və xalqları yaşa­yıb, bəşəriyyətin və “İran”ın ən əski və ən zəngin mədəniyyətini, hünəri və sənətini yaradaraq, onunla bütün Yaxın Şərq, Misir və hətta Avropaya örnək olmuş və yol göstərmişlər. O, yazır: “Cağ­daş İranın bu göstərdiyimiz yerlərinin həmişə türk olmuş əhalisi, göstərdi­yimiz min illiklərdə vahid Türk dilində danışmış, bəşəriy­yətin ən yuksək mədəniyyətlərindən birini yaratmışlar”.[15]

Beləliklə, demək istədiyimiz odur ki, Azərbaycan Türk alimləri Ön Asiyada, Orta Asiyada, Kiçik Asiyada türklərin yerli olması məsələsini ortaya qoymaqla dar anlamda Azərbaycan türklüyünü, geniş anlamda isə Turan türklüyünü müdafiə etmiş olurlar. Türklərin Ön Asiyaya və ona həmhüdud ərazilərə “gəlmə” xalq olması nəzəriyyəsinin puçluğunun ortaya çıxarılması, yalnız Azərbaycan türkləri deyil, onun Qərbində olan Anadolu türkləri və Şərqində olan Türküstan türkləri qədər eyni dərəcədə önəmlidir. Ona görə də, Qərb ideoloqlarının bütün uydurmalarına baxmayaraq, bunun təsirindən az-çox kənarda qalan Türk və əcnəbi alimlərdən M.Ə.Rəsulzadə, N.Qrablis, Hommel, Oppert, Says, M.H.Vəliyev, Ziya Bünyadov, Y.Yusifov, O.Tuna, T.Hacıyev, M.Adcı, F.Ağası­oğlu və başqalarının Turanlıların yalnız Ön Asiyaya deyil, Kiçik Asiyaya da guya “gəlmə” xalq olması nəzəriyyəsinə qarşı çıxaraq, bu ərazilərin yerli əhalisi olması müddəasını dəstək­ləmələrini çox vacib hesab edirik. Bu baxımdan Azərbaycan, Türkiyə, Türküstan alimləri arasında məhdud türklükdən deyil, Turan türklüyü kimi geniş anlamdan çıxış edilib Ön Asiya və Kiçik Asiyada Türklərin “gəlmə” deyil, yerli olması nəzəriyyəsini dəsətəkləyənlərin sayının artırılması da diqqətçəkicidir. Əgər əvvəllər Qərb alimlərinin təsiri altında Türk alimlərinin çoxu Türklərin hətta, iranlılardan sonra ya da onlarla birlikdə Ön Asiyaya, Kiçik Asiyaya gəlməsi fikrini müdafiə edirdilərsə, əsil həqiqətlər gün işığına çıxdıqca artıq vəziyyət xeyli dərəcədə dəyişməkdədir.

Turanın İrandan qədimliyi mülahizəsini “Avropamərkəzçi­liyə” zərbə sayan qərbçi ideoloqlar bir tərəfdən Turanı Ariyanın aşağı budağı, digər tərəfdən isə türklərin çox sonralar Ön Asiyaya gəlmə­sini yazmaqla çıxış yolu tapmağa çalışmışlar. Bununla da, “Avropamərkəzçilər” Turana aid əski yerli tayfaları ya zorla Hind-Avropa nəzəriyyəsinə bağlamağa çalışmış, ya da bu baş tutmadıqda onları na­məlum tayfalar elan etmişlər.[16] Başqa sözlə, İranlı­larla mü­qayisədə Turanlıların aborigenliyinin daha inandırıcı olduğu­nu görən “Avropamərkəzçi”lər, bundan çıxış yolu kimi iki versiya­nın üzərin­də dayanmışlar: 1) Turanlılar Ari/İranın aşağı budağıdır, yəni turanlı­lar iranlılarla bir yerdə Ön Asiya və Orta Asiyaya gəlmiş­lər, 2) Sadə­cə, çox sonralar Turan adını mənimsəyən Türklərin əsas vətənləri isə Ural-Altay ərazisidir (“Ural-Altay Türk ailəsi” nəzəriy­yəsi).

[1] Yenə orada, s.25

[2] Əndəlib. Oğuznamə. Bakı, “Ulu”, 2010, s.44

[3] Ağasıoğlu F. Azər xalqı. Bakı, “Ağrıdağ”, 2000, s.33

[4]Ağasıoğlu Firudin. Azərbaycan Türklərinin İslamaqədər tarixi. III Bitik: Azərbaycanda qurulan qədim dövlətlər. Bakı, “Ağrıdağ”, 2014, s.370

[5] Ağasıoğlu F. Azər xalqı. Bakı, “Ağrıdağ”, 2000, s.12-17

[6] Yenə orada, s.33

[7] Ağasıoğlu F. Azərbaycan Türklərinin İslamaqədər tarixi. I Bitik: Tarixi qaynaqlar. Bakı, “Ağrıdağ”, 2014, s.15, 22

[8] Ağasıoğlu F. Azərbaycan Türklərinin İslamaqədər tarixi. II Bitik: Tarixi coğrafiya. Bakı, “Ağrıdağ”, 2014, s.108, 117

[9] Ağasıoğlu F. Azər xalqı. Bakı, “Ağrıdağ”, 2000, s.23

[10] Zehtabi M.T. İran Türklərinin qədim tarixi. Bakı, “Şəms”, 2010, s.46

[11] Zehtabi Məhəmməd Tağı. İran Türklərinin əski tarixi. 2-cilddə, 1-ci cild. Təbriz, “Əxtər”, 1377 (1998), s.1-2

[12] Yenə orada, s.2-3

[13] Yenə orada, s.3

[14] Məmmədli Pərvanə. Fikir və əməl böyüklərimiz./Məhəmmədtağı Zehtabi/. Bakı, Nurlar NPM, 2014, s.421

[15] Məmmədli Pərvanə. Cənubi Azərbaycan: ədəbi şəxsiyyətlər, portretlər (I Hissə). Bakı, Sabah, 2015, s.112

[16] Azərbaycan tarixi. VII cilddə. I cild. Bakı, Elm, 2007, s.155


OXŞAR XƏBƏRLƏR

Azərbaycan – Böyük Britaniya: strateji tərəfdaşlığın yeni mərhələsi

16 Noyabr 16:21

Qərbi Trakya türklərinin səsi: bir coğrafiyanın yaddaşı, bir dilin yaşama haqqı

15 Noyabr 17:08

ƏKBƏR QOŞALININ YENİ MƏQALƏSİ “YÜCE EREK”DƏ

13 Noyabr 11:42

Ulus yaddaşı, dövlətçilik fəlsəfəsi və Zəfərin ucaltdığı qürurumuz üzərinə bir neçə söz

9 Noyabr 12:45

Oxu, adam ol!

6 Noyabr 14:42

ZƏFƏR TARİXİMİZ – Azərbaycan xalqının qürur, şərəf və qalibiyyət salnaməsi

6 Noyabr 10:53

SÖZÜN SADƏLİYİ, ŞEİRİN DƏRİNLİYİ…

3 Noyabr 17:27

Əhli-Təkləlilərin Cəvahirli/Məhsəti yurdundan Türküstana uzanan yollar

3 Noyabr 10:15

Keçmişdən gələcəyə doğru - Toplaşaq muzeylərə!

3 Noyabr 10:00

Xəzər Xaqanlığı

3 Noyabr 09:45

Altı şəhər diyarına – Altışlara yeni səyahət

3 Noyabr 09:30

İNAM ATA (ASİF ATA) - ŞEYX NƏSRULLAH ƏSARƏTİ

3 Noyabr 09:15

Qaraxanlı dövləti - Ulu Türküstanda şanlı tarix

3 Noyabr 08:45

Türk sivilizasiyasının qədim dövrü

3 Noyabr 08:30

Ölüm hökmü: Ədalət, yoxsa geri dönüşü olmayan səhv?

3 Noyabr 08:15

Türk dünyasına rus pəncərəsindən baxmaq olmaz!

1 Noyabr 12:11

Təbəssümü ilə ümid, peşəkarlığı ilə etimad qazanan həkim - Qeyrət Nəsirov

31 Oktyabr 13:29

Ad günüm - Nasir Misirxanov

30 Oktyabr 14:58

REKLAM SAHƏSİ

MANŞET XƏBƏRLƏRİ

Terminallardan 500 manatdan çox ödəniş... - Yeni qayda

16 Noyabr 21:13

İmran Xan həbsxanadan müraciət etdi: "Ölə bilərəm..."

16 Noyabr 18:24

QHT-lərin ləğvinə dair yeni şərtlər müəyyənləşir

16 Noyabr 15:07

Minimum maaşla bağlı müjdə: 100 manat artım...

16 Noyabr 14:39

Hikmət Hacıyev NATO rəsmisi ilə görüşdü – Nələr müzakirə olundu? – Foto

16 Noyabr 14:35

Sahil Babayev dolların gələn il üçün məzənnəsini açıqladı

16 Noyabr 12:47

SON XƏBƏRLƏR

Türk sivilizasiyasının qədim dövrü

08:00

Prezidentdən Milli Dirçəliş Günü ilə bağlı paylaşım

00:23

Azərbaycanda Milli Dirçəliş Günüdür

00:03

Zaporojyeyə zərbə: Ölənlərin sayı 72-yə çatdı

16 Noyabr 23:22

Bakıda 50 ildən çox yaşı olan park belə məhv olur - VİDEO

16 Noyabr 23:18

“Məni vursalar, sizin də axırınız çatacaq” - Tramp

16 Noyabr 22:46

İranda tapılan "qaranlıq bombaları": ABŞ Yuqoslaviyanı da onlarla vurmuşdu

16 Noyabr 22:30

Qızıl sürətlə ucuzlaşacaq

16 Noyabr 22:16

Rişi Sunak: “NATO Arktikada Rusiya ilə qarşıdurmaya hazır olmalıdır”

16 Noyabr 21:46

Terminallardan 500 manatdan çox ödəniş... - Yeni qayda

16 Noyabr 21:13

Tramp gözlənilməz görüş elan etdi

16 Noyabr 20:58

600-dən çox bal yığanlar xüsusi bölmələrdə hərbi xidmət edəcək

16 Noyabr 20:56

ABŞ süni intellekt çiplərinə çıxışı məhdudlaşdırır

16 Noyabr 20:39

38 ölkədən Rusiyaya xəbərdarlıq: Hücumları dayandır!

16 Noyabr 20:23

Gənc qızların sosial iştirakçılığı və gender bərabərliyi layihəsinə başlanılıb

16 Noyabr 19:15

İmran Xan həbsxanadan müraciət etdi: "Ölə bilərəm..."

16 Noyabr 18:24

Ankarada Azərbaycan irsinin təbliği üçün yeni məkan yaradıldı

16 Noyabr 18:22

Avropa Birliyi Rusiyaya qarşı sanksiyaların siyahısını genişləndirdi

16 Noyabr 18:10

Kreml müvəqqəti atəşkəs istəmir: Peskovdan açıqlama

16 Noyabr 18:08

Pensiya yaşına çatıb pensiya ala bilməyənlərin sayı 180 mini keçdi

16 Noyabr 18:07

Bu kolbasaları almayın

16 Noyabr 17:55

Börnhemdən Brexit etirafı: Britaniya qazandığından daha çox itirib

16 Noyabr 17:49

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 17:45

Bolqarıstan sahillərində yük gəmisi batıb, 4 Azərbaycan vətəndaşı xilas edilib

16 Noyabr 17:19

Hikmət Babaoğlu: "2027-ci ilin büdcəsində mediaya ayrılan pul çox azdır"

16 Noyabr 17:17

Azərbaycanda işsizlik artır: Səbəb Rusiya-Ukrayna müharibəsidir?

16 Noyabr 17:02

500 manat qazananın 300 manatı vergiyə gedəcək - Bu şəxslər üçün ŞOK QƏRAR

16 Noyabr 16:44

Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlandı

16 Noyabr 16:42

Yenə güclü külək əsəcək - Xəbərdarlıq

16 Noyabr 16:33

Pakistandan Əfqanıstana xəbərdarlıq: Terror təhlükəsi aradan qalxmalıdır

16 Noyabr 16:32

Azərbaycan – Böyük Britaniya: strateji tərəfdaşlığın yeni mərhələsi

16 Noyabr 16:21

Bal almaq istəyənlərin nəzərinə! - Tarixi və yeri dəyişdirildi

16 Noyabr 16:05

“Tərtər işi”: Daha 3 nəfər təzminat alacaq

16 Noyabr 15:58

Fransada tələbə etirazları böyüyür: Nümayişlərə qadağa qoyuldu

16 Noyabr 15:40

25 iş gününə 19 min manata yaxın maaş - Azərbaycanda iş elanı

16 Noyabr 15:25

TİBB dünyası ŞOKDA: Hər kəsi pişik kimi görür

16 Noyabr 15:25

İran Zəngəzura hücuma hazırlaşır – Tehranda Ermənistan düşmən ölkə elan edildi

16 Noyabr 15:21

Bitkoin çöküşdə: 65 min dollardan aşağı düşdü

16 Noyabr 15:19

Eyni vaxtda iki işdə çalışanların pensiyası ARTACAQ? – AÇIQLAMA

16 Noyabr 15:08

Aİ Rusiyaya güzəştə getmək istəmir: Kallasdan sərt mövqe

16 Noyabr 15:07

Daha çox xəbər Bütün xəbərlər

ÇOX OXUNANLAR

Tramp: ABŞ Rusiya və Çin haqqında kəşfiyyat məlumatları toplayır

1 Noyabr 23:40

Merz: Ukraynanın Rusiyadakı hədəflərə zərbə endirməsi ağlabatandır

17 Oktyabr 11:22

Çin casusluq iddiaları ilə bağlı iddiaları rədd etdi

9 Noyabr 19:55

TİBB dünyası ŞOKDA: Hər kəsi pişik kimi görür

16 Noyabr 15:25

Ərdoğan İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi - VİDEO

2 Noyabr 13:00

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

3 Noyabr 23:07

Ukrayna ordusu Rusiyaya girdi: canlı qüvvə məhv edildi - VİDEO

31 Oktyabr 19:08

Ramiz Mehdiyevin hansı təltifləri alınacaq? - Siyahı

17 Oktyabr 13:11

Vardanyanın arvadı Bakıya gəlmək istəyir – Bunları gətirir

6 Noyabr 22:21

Ramiz Mehdiyev harada dəfn olunacaq?

29 Oktyabr 15:53

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

17 Oktyabr 13:07

Deputat Arzuxan Əlizadənin oğlunun adı hallanan dəhşətli cinayətin yeni təfərrüatı - Foto/Video

24 Oktyabr 16:52

Zelenski nəhayət sülhə razılaşdı: “İşğal olunan torpaqlar da Rusiyada qalsın” - VİDEO

21 Oktyabr 17:07

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

27 Oktyabr 21:55



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 17 Noyabr 2026 08:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see264

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see257

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see253

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see251

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see246

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see239

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see235

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see231

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see222

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see213

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see207

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

15 Noyabr 2026 09:13see202

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see199

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see197

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see197

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see194

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see193

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see188

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see186

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri