Icma.az
close
up
RU
Alimlər 130 ölkədən DNT ardıcıllığı əsasında yeraltı göbələklərin ilk qlobal xəritəsini yaradıblar

Alimlər 130 ölkədən DNT ardıcıllığı əsasında yeraltı göbələklərin ilk qlobal xəritəsini yaradıblar

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 1 avqust, AZƏRTAC

Alimlər 130 ölkədən DNT ardıcıllığından istifadə edərək yeraltı göbələklərin ilk qlobal xəritəsini yaradıblar. Lakin bu gizli biomüxtəlifliyin 90 faizi qorunan ərazilərdən kənardadır, yəni, onlar mühafizə olunmur. Bu, ciddi təhlükədir.

AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, alimlər 130 ölkədən 2,8 milyarddan çox DNT ardıcıllığından istifadə etməklə yeraltı göbələklərin ilk qlobal xəritəsini yaradıblar. Bu mikroskopik orqanizmlər - mikorizal göbələklər - bitkiləri qidalandıran, karbon saxlayan və ekosistemlərin sağlamlığını qoruyan mürəkkəb şəbəkələr qurur. Onlar ildə 13 milyard tondan çox CO₂ udurlar ki, bu da qazıntı yanacağının yandırılması nəticəsində yaranan bütün emissiyaların üçdəbiri ilə müqayisə edilə bilər.

SPUN (Yeraltı Şəbəkələrin Mühafizəsi Cəmiyyəti) layihəsi çərçivəsində alimlər interaktiv “Yeraltı Atlası” - bir kvadrat kilometr səviyyəsində göbələk şəbəkələrini öyrənməyə imkan verən alət işləyib hazırlayıblar. O, ən nadir və qiymətli icmaların harada yerləşdiyini göstərir və onların qorunub saxlanması üçün tədbirlərin necə planlaşdırılacağını təklif edir.

“Biz əsrlər boyu dağların, çayların və meşələrin xəritələrini çəkmişik. Amma indi torpağın altına baxmaq vaxtıdır”, - deyə SPUN-dan alim Tobi Kirs bildirir. Onun sözlərinə görə, göbələk şəbəkələrinin yox olması əkinləri məhv edir, meşələrin bərpasını ləngidir və yer üzündəki bütün canlıları zəiflədir.

Problem ondadır ki, göbələklər qanunvericilikdə və ekoloji siyasətdə demək olar ki, nəzərə alınmır. Yeni xəritələr bunu dəyişməyə kömək edəcək: müdafiə üçün prioritet sahələri müəyyənləşdirmək, bərpa hədəflərini təyin etmək və iqlim böhranının “görünməz” cəbhəsinə diqqəti yönəltmək.

SPUN artıq Monqolustandan tutmuş Ukraynaya qədər 79 ölkənin alimləri ilə əməkdaşlıq edərək 40 min göbələk nümunəsi toplayıb. Lakin planetin səthinin 0,001 faizindən az hissəsi tədqiq edilib. Bu ekosistemləri qoruyub saxlamaq şansını əldən verməmək üçün tədqiqatı genişləndirmək və təcili olaraq yeraltı orqanizmləri iqlim siyasəti gündəliyinə daxil etmək lazımdır.

Bu, sadəcə, elmi alət deyil, həm də planetin ən vacib, lakin hələ də kifayət qədər qiymətləndirilməmiş dünyalarından birinə açılan pəncərədir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Avqust 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see163

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri