Alimlər ciddi xəstəliklərdən qoruyan nadir genetik variant aşkar ediblər
Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Beynəlxalq alimlər qrupu bəzi insanların qeyri-sağlam qidalanma və zərərli vərdişlərə baxmayaraq niyə metabolik xəstəliklərə daha davamlı olduğunu araşdırıb.
BAKU.WS xəbər verir ki, "Nature" jurnalında dərc olunan araşdırmada ABŞ, Avropa və Asiyadan 1 milyondan çox insanın genetik məlumatları təhlil edilib.
Tədqiqatçılar maddələr mübadiləsinə təsir edən 59 müstəqil gen müəyyənləşdiriblər.
Xüsusi diqqət isə FNIP1 geninə yönəlib. Alimlərin məlumatına görə, bu gendə olduqca nadir mutasiyalar təxminən 7 min insandan birində rast gəlinir. Bu variantların daşıyıcılarında qaraciyərdə yağlanma və qanda şəkərin səviyyəsi daha aşağı olub.
Araşdırmaya əsasən, həmin insanlarda ürək-damar və maddələr mübadiləsi ilə bağlı xəstəliklərin inkişaf riski təxminən 60 faiz daha aşağıdır.
Alimlər FNIP1 geninin rolunu laboratoriya təcrübələri ilə də yoxlayıblar. İnsan qaraciyər hüceyrələrində genin fəaliyyətinin zəiflədilməsi yağların daha sürətlə parçalanmasına səbəb olub.
Siçanlar üzərində aparılan təcrübələr isə FNIP1-dəki mutasiyaların yüksək yağlı qidalanma şəraitində belə çəki artımından və qaraciyər piylənməsindən qoruyucu təsir göstərə bildiyini ortaya qoyub. Həmçinin heyvanlarda insulinə həssaslığın yaxşılaşdığı müşahidə edilib.
Tədqiqatçılar hesab edirlər ki, gələcəkdə FNIP1 genindəki qoruyucu mutasiyaların təsirini təqlid edən preparatlar hazırlamaq mümkün ola bilər. Bu yanaşma piylənmə, 2-ci tip diabet və ürək-damar xəstəliklərinin müalicəsində yeni istiqamət aça bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 12 Avqust 2026 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















