Icma.az
close
up
RU
Alimlər Everest havasının parkinson xəstəliyinə gözlənilməz təsirini tapdı

Alimlər Everest havasının parkinson xəstəliyinə gözlənilməz təsirini tapdı

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Aparılan yeni araşdırma parkinson xəstəliyinə qarşı mübarizədə alçaq oksigenli mühitin mühüm rol oynaya biləcəyini göstərib. 

Qaynarinfo xəbər verir ki, nəticələr "Nature Neuroscience" jurnalında dərc olunub və "The Independent" tərəfindən yayımlanıb.

Harvard Tibb Məktəbinin alimləri müəyyən edib ki, beyin hüceyrələrindəki pozulmuş proseslər artıq oksigen molekullarının yığılmasına səbəb olur və bu da parkinson simptomlarını yaradır. Onların qənaətinə görə, oksigenin məhdudlaşdırılması bu simptomların zəifləməsinə və hətta geriləməsinə kömək edə bilər.

Parkinson xəstəliyi dünyada 10 milyondan çox insana təsir edir və əsasən neyronların tədricən məhv olması ilə müşayiət olunur. Bu zaman xəstələrdə əsmə, yerişin ləngiməsi və hərəkət məhdudiyyəti yaranır.

Araşdırmanın aparıcı müəlliflərindən Fumito İçininose bildirib ki, yüksək dağlıq ərazilərdə, oksigenin az olduğu şəraitdə bəzi pasiyentlərin özlərini daha yaxşı hiss etməsi alimlərdə maraq oyadıb. Onun həmkarı Vamsi Muta isə əlavə edib ki, bu yanaşma yalnız parkinson deyil, ümumilikdə mitoxondriləri zədələyən nevroloji xəstəliklər üçün də yeni müalicə yolları aça bilər.

Təcrübə siçanlar üzərində aparılıb. Onlara parkinson xəstəliyinə bənzər simptomlar yaratmaq üçün α-sinuklein adlı zülalın yığılmasına səbəb olan inyeksiyalar edilib. Daha sonra heyvanlar iki qrupa bölünüb:

* biri adi 21% oksigenli havanı nəfəs alıb;

* digəri isə 11% oksigenli mühitdə saxlanılıb ki, bu da təxminən 4800 metr yüksəklikdəki şəraitə uyğundur.

Üç ay sonra adi havada qalan siçanlarda çoxlu sayda "Levi cisimcikləri", ölmüş neyronlar və ciddi hərəkət pozuntuları müşahidə olunub. Lakin oksigeni azaldılmış şəraitdə olan siçanlar neyron itkisi yaşamayıb və normal hərəkət qabiliyyətini qoruyub.

Alimlər qeyd edir ki, hipoksiya "Levi cisimcikləri"nin yaranmasının qarşısını almır, amma neyronları onların zərərli təsirindən qoruyur. Daha da maraqlısı, aşağı oksigenli mühit müalicəsi simptomlar ortaya çıxdıqdan sonra tətbiq edildikdə belə, hərəkət bacarıqlarını bərpa edib və neyron itkisini dayandırıb.

Mütəxəssislər bildirir ki, hələlik bu nəticələr yalnız heyvanlar üzərində təsdiqlənib və insanlar üçün tətbiq edilməzdən əvvəl əlavə tədqiqatlar zəruridir. Bununla belə, alimlər bunu parkinson və digər neyrodegenerativ xəstəliklərin müalicəsində yeni bir yanaşma kimi qiymətləndirirlər.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 20 Avqust 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see131

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see129

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri