Icma.az
close
up
RU
Alimlər Fərat çayının qədim mənşəyini araşdırırlar

Alimlər Fərat çayının qədim mənşəyini araşdırırlar

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 16 iyun, AZƏRTAC

Dünyanın ilk metropolu və yazılı dilin meydana gəldiyi məkan – Uruk qədim Mesopotamiyanın ən möhtəşəm şəhəri olan Babil kimi, Fərat çayından qidalanırdı. Fərat və onunla birlikdə axan Dəclə çayı arasındakı münbit düzənlik bəşəriyyətin sivilizasiya beşiklərindən biridir.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, tədqiqatçılar artıq Fərat çayının necə əmələ gəldiyini min illər əvvəl yaranmış bu böyük şəhər mərkəzlərinin dövründən daha çox keçmişə baxaraq deşifrə ediblər. Basdırılmış çöküntülərin seysmik görüntülərinə və digər məlumatlara əsaslanan alimlər Fərat çayının 3,6 milyon ilə 1,6 milyon il əvvəl müasir Türkiyənin cənub hissəsindəki Toros dağlarında tektonik aktivlik səbəbindən iki əvvəlki çay sisteminin birləşməsi nəticəsində yarandığını bildiriblər.

Cənub-qərbi Asiyanın ən uzun çayı olan Fəratın uzunluğu təxminən 2800 kilometrdir. O, mənbəyini Türkiyədən alır, Suriya və İraqdan keçərək Körfəzə tökülür. Fərat çayının sahilindəki müasir şəhərlərə Türkiyədə Birecik, Suriyada Rakka və İraqda Ramadi, Fəllucə və Nasiriyyə daxildir. Fərat çayının qədim şəhərlərinə Ur və Mari də daxil idi.

Fərat çayı uzun müddətdir ki, regionun geologiyasını formalaşdırsa da, onun mənşəyinin vaxtı və indiki axarının təkamülü müəmmalı olaraq qalmışdı. Tədqiqatçılar çayın keçmiş tarixinin deşifrə edilməsini bəşər mədəniyyətində kənd təsərrüfatı, yazı, şəhərsalma və daşqın düzənliklərində baş verən digər mərhələləri anlamaq üçün vacib amil hesab edirlər.

Aralıq dənizinin dibində mümkün qaz ehtiyatlarını müəyyən etməyə çalışarkən, yeraltı seysmik məlumatlardan istifadə edən geoloqlar dənizin böyük hissələrinin quruduğu 5 milyon ildən çox bir dövrə aid basdırılmış kanala bənzər xüsusiyyətlər aşkar ediblər. Bu hadisə Messian duzluluq böhranı adlanırdı.

Onlar müəyyən ediblər ki, Türkiyədəki müasir Karasu və Murat çaylarının sələfləri olan iki ayrı çay bu ölkəni və Suriyanı əhatə edən bir bölgədən axaraq Aralıq dənizi hövzəsinə tökülür.

Alimlər inanırlar ki, bu seysmik bölgədəki tektonik aktivlik Murat çayının sələfinin Körfəzə doğru yönəlməsinə və Karasunun sonradan ona qoşulmasına səbəb olub. Onların sözlərinə görə, bu, Fərat çayına çevrilən güclü tək bir çay sistemini formalaşdırıb.

Alimlərin istifadə etdiyi əsas vasitə seysmik görüntüləmə idi. Bu texnika səs dalğalarının yeraltı qaya təbəqələrindən necə keçdiyini və sıçradığını qeyd etməklə, həm də Yer kürəsinin yeraltı hissəsinin ətraflı iki və üçölçülü xəritələrini yaradır. Dəniz dibinin altında gizlənmiş qədim çay kanalları olan xüsusiyyətləri seysmik görüntüləmə vasitəsilə aşkar ediblər.

Tədqiqatçılar yeraltı xüsusiyyətlərin modelləşdirilməsi yolu ilə bu iki qədim çayın axın sürətinin müasir Nil və Dəclə-Fərat çaylarından çox olduğunu müəyyən ediblər. Onlar iki qədim çayı vadilərdəki çöküntülərdən və indi Toros dağlarına qaldırılan kömür yataqlarından əldə edilən geoloji məlumatları araşdıraraq, indiki Karasu və Murat çaylarının bu basdırılmış kanalların orijinal mənbələri olduğunu müəyyən ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 İyun 2026 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see682

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see569

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see321

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see318

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see290

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see287

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see275

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see275

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see253

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see250

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see243

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see243

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see241

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see240

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see237

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see236

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see235

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see230

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see214

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri