Icma.az
close
up
RU
“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Oktyabrın 30-dan noyabrın 1-dək Bakı ikinci dəfə “Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi indi duy” festivalına ev sahibliyi edəcək. Üç gün ərzində şəhərin mədəni və memarlıq məkanlarını vahid yaradıcı platformada birləşdirən festival müasir incəsənət, mədəni irs, performans, musiqi, təhsil və immersiv təcrübələri bir araya gətirəcək.

Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin rəhbərliyi ilə baş tutacaq üçgünlük incəsənət festivalının ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevadır.

“Art Weekend 2026”nın əsas mövzusu Qafqazın təbii irsi və Azərbaycanın “Böyük Beşliyi” hesab olunan ceyran, Qafqaz bəbiri, qonur ayı, boz canavar və imperator qartalıdır. “Böyük Beşlik” festivalın bədii proqramının əsas simvollarına çevrilərək təbiət, mədəni yaddaş, mifologiya, kimlik və gələcək nəsillər haqqında düşünmək üçün yeni perspektiv yaradacaq.

Qeyd edək ki, mövzu IDEA İctimai Birliyinin “Qafqazın Böyük Beşliyi” (Big Five of the Caucasus) təşəbbüsünə əsaslanır.

“Fly to Baku. Art Weekend. Sense the Future NOW” şüarı ilə keçiriləcək festival bu il də Bakını fərqli rakursdan kəşf etməyə imkan verəcək. Festivalın konsepsiyasında şəhərin özü də yaradıcı təcrübənin bir hissəsinə çevrilir. Belə ki, tamaşaçılar muzeylər, tarixi məkanlar, memarlıq abidələri, qalereyalar və müstəqil yaradıcılıq məkanları arasında hərəkət edərək, Bakını incəsənət vasitəsilə yenidən kəşf edəcəklər. Üç gün ərzində Bakının bir çox simvolik məkanlarında - Heydər Əliyev Mərkəzi, Daş Salnamə Muzeyi, İçərişəhər, Şirvanşahlar Sarayı, Dənizkənarı Milli Park, Milli İncəsənət Muzeyi və şəhərdə fəaliyyət göstərən müxtəlif qalereyalarda təsviri incəsənət, performans, musiqi, poeziya və immersiv texnologiyaları əhatə edən çoxşaxəli proqramlar təşkil olunacaq.

Festival proqramında azərbaycanlı və beynəlxalq sənətçilərin iştirakı ilə müxtəlif istiqamətləri əhatə edən layihələr təqdim ediləcək. Proqramın əsas ekspozisiyaları sırasında Aydan Salahovanın yaddaş, mifologiya və qadınlıq mövzularını araşdıran multidisiplinar sərgisi, Mikelancelo Pistolettonun “Əbədiyyət güzgüsü” (Mirror of Eternity) layihəsi, tamaşaçıları cəmiyyət, bərabərlik və gələcək haqqında düşünməyə dəvət edən Cudi Çikaqonun “Qadınlar dünyanı idarə etsəydilər” (What if Women Ruled the World) sərgisi, azərbaycanlı müasir rəssamların Heydər Əliyev Mərkəzində təbiətin qorunması, biomüxtəliflik, mədəni yaddaş və insanın gələcək nəsillər qarşısındakı məsuliyyəti mövzularını əhatə edən “Təbiət danışanda: varislər” adlı sərgisi və memarlıqdakı naxışların sonsuzluq ideyasını və müasir abstrakt sənətdə təkrarın fəlsəfi mənasını araşdıran çinli rəssam Canq Cinin “Sonsuz toxuma” adlı sərgisi yer alır.

Proqramın digər mühüm istiqamətlərindən biri “Baku Steel Art 2026 – The Big Five” beynəlxalq polad heykəltaraşlıq simpoziumudur.

Xatırladaq ki, keçən il baş tutan və Bakıda yeni mədəni platformanın formalaşdığını təsdiq edən “Art Weekend 2025” çərçivəsində 9694 qonaq qeydiyyatdan keçib, 29 min 500-dən çox giriş qeydə alınıb və 40-dan artıq multidisiplinar proqram tamaşaçıların diqqətinə çatdırılıb.

Festivalda iştirak üçün qeydiyyat həm tətbiq, həm də rəsmi sayt üzərindən mümkün olacaq. Ətraflı məlumat: bakuartweekend.az

İnstaqram: @bakuartweekend

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:404
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Avqust 2026 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see453

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see364

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see361

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see356

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see333

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see330

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see320

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see317

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see316

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see312

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see300

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see290

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see285

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see275

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see272

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see263

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see262

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see257

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see255

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see245
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri