UEFA dan futbol ruhuna həsr olunan yeni mükafat
Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
UEFA futbol dünyasında yeni bir mükafat təsis edib.
QOL.az xəbər verir ki, "Goal" nəşrinin məlumatına görə, “Respect Beyond the Game” adlanan mükafat futbolçuların meydandakı çıxışı ilə yanaşı, həm də idmançılıq ruhunu, hörmət və nümunəvi davranışını qiymətləndirmək məqsədi daşıyır.
Mükafatın ilk sahibi PSJ-nin kapitanı Markinyos olub. Braziliyalı müdafiəçi ötən mövsüm Çempionlar Liqasının finalında “Arsenal” üzərində qələbədən sonra rəqib futbolçuları təsəlli etməsi ilə diqqət çəkmişdi.
Markinyos mükafatla bağlı videomüraciətində deyib:
“Bu mükafata görə hər kəsə təşəkkür etmək istəyirəm. "Fair-play" həm futbolda, həm də həyatda çox vacibdir. Komanda yoldaşlarıma, rəqiblərimə, hakimlərə və futbolun bütün iştirakçılarına hörmətlə yanaşmağa davam edəcəyəm. Bu mükafatı almaqdan çox məmnun və qürurluyam”.
Mükafatı Çempionlar Liqasının liqa mərhələsinin püşkatma mərasimində PSJ-nin prezidenti Nasser Əl-Xələfi Markinyosun adından qəbul edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 27 Avqust 2026 22:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















