Həmin gölün adının “Amerika gölü” olaraq dəyişdirildiyini açıqladı
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Ontario gölünün adının “Amerika gölü” olaraq dəyişdirilməsi barədə sərəncam imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, Ağ Ev bu tədbiri öz yutub kanalında yayımlayıb.
“Biz Ontario gölünün adını dərhal qüvvəyə minmək şərtilə “Amerika gölü”nə dəyişirik. Bu, mən sərəncamı imzaladığım anda baş verəcək”, - deyə Amerika lideri vurğulayıb.
Qeyd edək ki, Ontario gölü Şimali Amerikanın Böyük Göllər sisteminin bir hissəsidir və ABŞ ilə Kanadanın ərazilərini əhatə edir. Onun sahilləri ABŞ-nin Nyu-York ştatı və Kanadanın Ontario əyaləti arasında bölüşdürülüb. İki ölkə arasındakı sərhəd gölün ortasından keçir. Təxminən 19 000 kvadratkilometr sahəyə malik olan Ontario gölü dünyanın ən böyük 13-cü gölüdür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 27 Avqust 2026 22:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















