Alimlər qorxu və depressiyaya qarşı inqilabi dərman kəşf etdilər
Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yaponiyanın Osaka, Toyama, Hirosima və Kaqosima universitetlərinin alimləri qorxu, stres və depressiyaya qarşı yeni nəsil preparat hazırlayıblar.
"Ölkə.az" xəbər verir ki, onların yaratdığı PA-915 adlı maddə, psixoloji pozğunluqlara qarşı mübarizədə inqilabi addım hesab olunur.
Mütəxəssislərin açıqlamasına görə, PA-915 beynin stres və qorxuya cavab verən PAC1 reseptorlarını bloklayır. Bunun nəticəsində, cəmi bir inyeksiyadan sonra belə depressiya, narahatlıq və zehni disbalans əlamətləri aradan qalxır.
Təcrübələr göstərib ki, dərmanın təsiri 8 həftəyə qədər davam edir. Daha maraqlısı, PA-915 sinir hüceyrələri arasındakı əlaqələri bərpa edir, bu isə beynin normal fəaliyyətini geri qaytarır.
Alimlər qeyd edir ki, klinik sınaqlar zamanı sağlam heyvanlarda heç bir davranış pozğunluğu müşahidə olunmayıb, bu da preparatın təhlükəsiz hesab edilməsinə əsas verir.
Bu kəşf dünya elminin psixoloji xəstəliklərə qarşı mübarizəsində yeni mərhələ kimi qiymətləndirilir.(musavat.com)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 19 Oktyabr 2025 11:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















