Icma.az
close
up
RU
“Alimlər üçün sosial güzəştlər tətbiq olunmalıdır” Gözə kül üfürməklə heç nəyə nail olmaq mümkün deyil AzPolitika onlayn siyasiictimai qəzet

“Alimlər üçün sosial güzəştlər tətbiq olunmalıdır” Gözə kül üfürməklə heç nəyə nail olmaq mümkün deyil AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ekspert: “Həqiqi elmə maraq göstərənlərin sayı getdikcə azalır”

“Azərbaycanda alimlərin və elmi tədqiqatçıların maddi vəziyyəti çox zaman aşağı səviyyədədir”. "Yeni Müsavat" bildirir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert qeyd edib ki, alimlər öz araşdırmalarını davam etdirmək üçün şəxsi resurslarından istifadə etməyə məcbur qalır, bu isə onların elmi fəaliyyətlərini məhdudlaşdırır: “Bir çox gənc tədqiqatçılar elmi sahədə qalmaqdansa, daha gəlirli sahələrə keçməyə üstünlük verir. Nəticədə elmi kadrların sayı azalır, bu isə uzunmüddətli perspektivdə ölkənin inkişafını ləngidir. Alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması dövlətin prioritet istiqamətlərindən biri olmalıdır. Onların əmək haqqı artırılmalı, tədqiqatlarını davam etdirmək üçün lazımi maliyyə dəstəyi və müasir infrastruktur təmin edilməlidir. Eyni zamanda elm sahəsində çalışanlar üçün sosial güzəştlər (məsələn, yaşayış üçün subsidiya, tibb xidmətlərində güzəştlər) tətbiq olunmalıdır”.

Kamran Əsədov həmçinin vurğulayıb ki, elm və təhsilə qoyulan sərmayə hər zaman cəmiyyətə qat-qat geri dönür, alimlərə və elmi tədqiqatçılara layiqli maddi dəstək vermədən ölkəmizin beynəlxalq elmi arenada rəqabətqabiliyyətli olması mümkün deyil.

“Elmə dəstək vermək - gələcəyə dəstək verməkdir!”, - deyə ekspert sonda qeyd edib.

Mövzu ilə bağlı filologiya elmləri doktoru, BDU-nun professoru Qulu Məhərrəmli “Yeni Müsavat”a danışıb: “Təəssüf ki, bu bir həqiqətdir ki, bu gün Azərbaycanda alimlərin və elmi tədqiqatçıların maddi təminatı aşağı səviyyədədir. Alimlərin maaşı çox aşağıdır və həqiqi elmə maraq göstərənlərin, eləcə də alimlərin sayı getdikcə azalır. Dissertasiya müdafiələrinin çoxluğuna, alimlərin sayının zahirən artmasına baxmayaraq, elmdəki real vəziyyət belədir ki, bizdə fundamental araşdırmalar və dünya səviyyəsinə çıxacaq tətbiqi elmin vəziyyəti çox acınacaqlıdır.

Bəs nə etmək olar?

Doğrudur, Azərbaycanda Elm Fondu fəaliyyət göstərir və oradan müəyyən layihələrə maliyyə ayrılır. Lakin bütövlükdə, ayrı-ayrı elmi tədqiqat institutlarında fundamental problemlərin tədqiqi üçün ayrılan maliyyə vəsaiti kifayət etmir. Hesab edirəm ki, bunun üçün Azərbaycanda elmi inkişafın konsepsiyası işlənməli, mövcuddursa, ona yenidən baxılmalı və layihələrin maliyyələşdirilməsi ilə bağlı şəffaf və effektiv fəaliyyət göstərən mexanizm yaradılmalıdır. Yəni, elmdə korrupsiya və dost-tanışlıq amilləri aradan qaldırılmalıdır. Bir sözlə, əgər dünya elminə inteqrasiya etmək və qlobal elm trendlərinə qoşulmaq istəyiriksə, həqiqi elmi mühit yaratmalıyıq. Gözə kül üfürməklə heç nəyə nail olmaq mümkün deyil".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 Dekabr 2024 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see242

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see223

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see220

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see210

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see206

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see198

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see188

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see158

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see157

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see144

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see141

Sədərəkdə yarım qalan işləri tamamlamaq üçün 7,6 milyon xərclənəcək

10 Dekabr 2025 20:00see138

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see136

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see135

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see135

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see134

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see133

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see132

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see131

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri