Icma.az
close
up
RU
Alimlər ürəkbulanmanı yüngülləşdirən unikal səs kəşf etdi

Alimlər ürəkbulanmanı yüngülləşdirən unikal səs kəşf etdi

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Naqoya Universitetinin tədqiqatçıları tezliyi 100 Hz olan və ürəkbulanmanı azaldan xüsusi bir səs dalğası hazırlayıb.
Ölkə.az Moderator.az-a istinadən xəbər verir ki, bu barədə "Environmental Health and Preventive Medicine" jurnalında dərc edilən araşdırmada deyilir.
Professor Takumi Kaqava və Masaşi Katonun rəhbərlik etdiyi tədqiqat qrupu müəyyən edib ki, "unikal səs stimulyasiyası texnologiyası", yəni müəyyən dalğa uzunluğuna malik səs vasitəsilə daxili qulağa təsir göstərən cihaz ürəkbulanmanı azaltmağa qadirdir.
Cəmi bir dəqiqəlik bu səs stimulyasiyası avtomobildə hərəkət zamanı oxuyan insanlarda yaranan başgicəllənmə və narahatlıq hissini nəzərəçarpacaq dərəcədə azaldıb.
Araşdırmaya əsasən, metod sadə və effektiv müalicə vasitəsi kimi qiymətləndirilir. Kaqava deyib: "Araşdırmamız göstəriv ki, "səs ədviyyatı" adlanan qısamüddətli səs stimulyasiyası ürəkbulanma və başgicəllənmə kimi hərəkət xəstəliyi simptomlarını yüngülləşdirir".
O, vurğulayıb ki, bu səs gündəlik həyatımızda rast gəlinən səslərin səviyyəsində olduğuna görə metod həm effektiv, həm də təhlükəsizdir.
Bu tapıntı son illərdə səsin daxili qulağa təsiri ilə bağlı artan elmi sübutlara əlavə olaraq mühüm yenilik hesab olunur. Araşdırmalar göstərir ki, unikal səsin daxili qulaqdakı tarazlığa cavabdeh hissələri stimullaşdırması tarazlığın yaxşılaşdırılmasına kömək edə bilər.
Araşdırmada həm insan, həm də siçan modelləri üzərində testlər aparılıb və 100 Hz tezliyi olan səs ən optimal olaraq müəyyən edilib.
Səs daxili qulağa necə təsir edir?
Professor Kato izah edir: "Bu unikal səsin vibrasiyası xətti sürətlənmə və cazibə qüvvəsini müəyyən edən daxili qulağın otolit orqanlarını stimullaşdırır. Bu da onun tarazlıq və məkan orientasiyasını idarə edən vestibulyar sistemə təsir etdiyini göstərir".
Tədqiqatçılar könüllü iştirakçılara bu səsi dinlədib, sonra onları yelləncəkdə, sürücülük simulyatorunda və ya avtomobil səfərində ürəkbulanmanı test edən şəraitə məruz qoyub. Effektivliyi qiymətləndirmək üçün duruş sabitliyi, EKQ göstəriciləri və sorğu nəticələri analiz edilib.
Səsi dinləməkdən sonra simulyatora daxil olan iştirakçılarda simpatik sinir sistemi daha aktiv olub. Bu da ürəkbulanma və başgicəllənmə kimi simptomların azaldığını göstərib. Kato deyib: "Nəticələr göstərib ki, bu unikal səs stimulyasiyası sayəsində uyarılması pozulan simpatik sinir sistemi bərpa olunub".
Kaqava isə əlavə edib: "Bu unikal səsin qısamüddətli dinlənməsi sağlamlıq üçün minimal risk daşıyır. Səslənmə səviyyəsi iş yerlərindəki təhlükəsizlik standartlarından xeyli aşağıdır, bu da onun düzgün istifadə edildikdə tam təhlükəsiz olduğunu göstərir".
Bu araşdırma milyonlarla insanı narahat edən hərəkət xəstəliyinin (dəniz, avtomobil və hava yolculuğunda ürəkbulanma) yüngülləşdirilməsi üçün yeni, təhlükəsiz və effektiv üsul vəd edir. Alimlər gələcəkdə bu texnologiyanı daha da inkişaf etdirib aviasiya və dəniz səfərlərində praktiki tətbiq üçün genişləndirməyi planlaşdırır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://olke.az
archiveBu xəbər 15 Aprel 2025 03:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri