Icma.az
close
up
RU
Məhsul çox, QİYMƏT AZ Balakənli fermerlərin əkdiyi qarğıdalı sahələrdə qalıb FOTO

Məhsul çox, QİYMƏT AZ Balakənli fermerlərin əkdiyi qarğıdalı sahələrdə qalıb FOTO

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Bu il Balakən rayonunda 8 min hektara yaxın sahədə dən qarğıdalı yetişdirilib. 
Bizim.Media-nın yerli bürosunun verdiyi xəbərə görə, sahələrdə məhsul bol olsa da, biçin işləri ləng gedir. 
Belə ki, rayonun aqrar sektorunda qarğıdalı əkinlərinin xüsusi payı olmasına baxmayaraq, yetişən sahələrinin çoxunda biçin işi aparılmayıb. Buna səbəb isə alıcı təşkilatların dən qarğıdalı qiymətini əvvəlki illərlə müqayisədə xeyli aşağı təklif etməsidir. 
Son 10 il ərzində Balakəndə qarğıdalı əkini ilə məşğul olan fermerlər yetişdirdikləri dəni 40-45 qəpiyə satıb. Bu il isə dənin hər kiloqramına 28 qəpik təklif olunur. Fermerlər bu qiymətin yalnız maya dəyəri olduğunu bildirir. 
Bəs görəsən fermerlər çıxış yolunu nədə görür?
Hənifə kənd sakini, fermer Musa Şeyxovla söhbətdən bəlli olur ki, əkdiyi 20 hektar qarğıdalı sahəsinin yarıdan çoxunu bələdiyyədən və sakinlərdən icarəyə götürüb. Balakəndə torpaqlar kateqoriyalarına görə fərqlənir və fermerlərin dediyinə görə 500-800 manat arası dəyişir:
“Məndə icarədə olan torpaq sahəsinə 2500-3000 manata yaxın maya dəyəri vardı. Bu il təbii fəlakətlər olmasa, məhsuldarlıq pis görünmür. Balakəndə qarğıdalə təsərrüfatlarında hər hektara 10 ton, 11 ton, 8 ton məhsuldarlıq olur. Bu gün məhsulu Oğuz Qapalı Səhmdar Cəmiyyətinin təklif etdiyi 28 qəpiklə versək, biz heç bir mənfəəət əldə etmiş olmuruq”. 
O, qiymət məsələsinə yenidən baxılmasını vacib hesab edir. Musa Şeyxovun sözlərinə görə bu il 30 hektar qarğıdalı əkib və onun 20 hektardan çoxu icarədir.  
Şadnus Məmmədov torpağın icarəsinin, toxumun alınmasının, gübrə verilməsinin, sahələrə
aqrotexniki qulluğun xeyli sayda vəsait tələb etdiyini deyir. 
Fermer Faiq Rəsulov da icarə, gübrə, toxum, əkin-biçin və aqrotexniki qulluqla bağlı qiymətlərin son illər bir neçə dəfə artdığı halda onlara təklif edilən qiymətlərin qaneedici olmadığını qeyd edib. 
“Bizdən 40-45 hətta 50 qəpiyə qəbul elədikləri qarğıdalını bu il bizə 28 qəpiyə təklif edirlər. Bu qiymətlər də bizi qane eləmir. Bu məhsulun maya dəyəri deyil”.
O, 10 ildə gübrə qiymətlərinin 20-30 manat qalxdığını deyib. Fermer bununla yanaşı, toxumun, əkin-biçin həyata keçirən texnikaların da qiymətlərinin artdığını əlavə edir. 
Qeyd edək ki, qarğıdalı dəninin alqı-satqısı bazar qiymətləri ilə tənzimləndiyindən bura Kənd Təsərrüfatı Nazirliyi və onun yerli qurumları müdaxilə edə bilmir. 
Əldə etdiyimiz məlumata görə, alıcı şirkətlər Balakən, Zaqatala və Qax rayonlarında qarğıdalı istehsalı ilə məşğul olan fermerlərlə görüşüb və qiymətlərlə bağlı ilkin fikir mübadiləsi aparılıb.
Sözügedən şirkətlər fermerlərə növbəti görüş barədə təklif ünvanlayıb. Alıcı şirkətlərlə fermerlər arasında yenidən görüş keçirilməsi, qiymətlərə baxılması haqda razılığa gəlinib. 


Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://bizim.media
archiveBu xəbər 18 Oktyabr 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri