Icma.az
close
up
RU
Alimlər yaddaşın formalaşması ilə bağlı yeni nəticələr əldə ediblər

Alimlər yaddaşın formalaşması ilə bağlı yeni nəticələr əldə ediblər

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

Maks Plank Florida Neyrologiya İnstitutunun tədqiqatçıları beyində uzunmüddətli yaddaşın formalaşması üçün qısamüddətli yaddaşdan asılı olmayan yeni bir yolun mövcudluğunu kəşf ediblər. Bu kəşf yaddaşın beyində formalaşma mexanizmlərini anlamaqda yeni imkanlar açır.

News24.az azərtac-a istinadla xəbər verir ki, ənənəvi nəzəriyyələrə əsasən, yaddaş formalaşması xətti proses kimi təsəvvür edilirdi. Bu prosesdə təcrübələr əvvəlcə qısamüddətli yaddaşda saxlanılır, daha sonra uzunmüddətli yaddaşa köçürülür. Lakin Maks Plank İnstitutunun tədqiqat qrupu –Myung Eun Shin, Paula Parra-Beuno və elmi direktor Ryohei Yasuda – beynin uzunmüddətli yaddaşı formalaşdırmaq üçün alternativ bir yolunun olduğunu müəyyən edib.

Ənənəvi yanaşmaya görə, beyin sanki qısamüddətli xatirələrin bir qalereyasını yaradır və yalnız vacib hesab edilən xatirələr uzunmüddətli yaddaşa köçürülür. Bu yanaşma, təcrübənin əvvəlcə qısamüddətli yaddaşa kodlanmasını və daha sonra uzunmüddətli yaddaşa çevrilməsini tələb edirdi. Lakin tədqiqatın nəticələri göstərdi ki, beyin iki fərqli yolla yaddaşı formalaşdıra bilir: biri qısamüddətli yaddaş vasitəsilə, digəri isə birbaşa uzunmüddətli yaddaşa keçid edən paralel yoldur. M.E.Shin bu prosesi belə izah edib: “Bu kəşf daimi yaddaş qalereyasına aparan gizli yol tapmağa bənzəyir. Ənənəvi nəzəriyyələr bu cür birbaşa keçid yolunun mövcudluğunu nəzərə almırdı”.

Alimlər təcrübə zamanı siçanlarda yaddaş formalaşmasının əsas tənzimləyicilərindən biri olan CaMKII fermentinə fokuslanıblar. Bu fermenti optogenetik üsulla, yəni işıq vasitəsilə müvəqqəti deaktiv edərək, qısamüddətli yaddaşın formalaşmasını bloklayıblar. Təcrübə zamanı siçanlara parlaq işıqlandırılmış otaqdan qaranlıq otağa keçid imkanı verilib. Qaranlıq məkanın təhlükəli təcrübə ilə əlaqələndirilməsi siçanların davranışında dəyişikliklərə səbəb olub. Lakin alimlər CaMKII-ni deaktiv etdikdə, siçanlar əvvəlki qorxulu təcrübələrinə baxmayaraq, qaranlıq məkana yenidən daxil olublar. Bu, onların qısamüddətli yaddaşa malik olmadığını göstərirdi. Bununla belə, təcrübənin ən təəccüblü nəticəsi sonrakı mərhələdə üzə çıxıb. Bir gün, həftə və ya hətta bir ay sonra həmin siçanlar eyni qorxulu məkandan qaçmağa meyil ediblər. Bu, qısamüddətli yaddaş olmadan belə, uzunmüddətli yaddaşın formalaşa biləcəyini sübut edib. M.E.Shin bu təəccüblü nəticəni belə şərh edib: “Biz əvvəllər qısamüddətli yaddaş olmadan uzunmüddətli yaddaşın formalaşa biləcəyini təsəvvür etmirdik. Lakin müxtəlif təcrübələr apardıqdan və müxtəlif metodlardan istifadə etdikdən sonra bu nəticənin etibarlı olduğuna əmin olduq”.

Bu kəşf yaddaşla bağlı köhnə nəzəriyyələrin yenidən dəyərləndirilməsini tələb edir. R.Yasuda qeyd edib ki, bu yeni model yaddaşın formalaşması ilə bağlı əsas suallara cavab tapmağa kömək edəcək: “Biz indi uzunmüddətli yaddaşa gedən bu yeni yolun necə işlədiyini daha dərindən araşdırırıq. Bu tapıntılar yaddaşla bağlı koqnitiv pozğunluqlar, yaşlanma və digər beyin xəstəlikləri üçün yeni müalicə üsullarının inkişafına səbəb ola bilər”.

Tədqiqatçılar, xüsusən də qocalma və ya neyrodegenerativ xəstəliklər nəticəsində baş verən yaddaş itkiləri ilə mübarizə üçün bu tapıntının mühüm olduğunu vurğulayırlar. Əgər uzunmüddətli yaddaş qısamüddətli yaddaşdan asılı olmadan formalaşırsa, deməli, Alzheimer və digər demensiya xəstəlikləri ilə bağlı yeni müalicə üsulları inkişaf etdirilə bilər.

Maks Plank Florida Neyrologiya İnstitutunun tədqiqatçıları yaddaşın formalaşması haqqında əvvəlki nəzəriyyələri dəyişdirərək, uzunmüddətli yaddaşın formalaşmasının xətti prosesdən daha çox paralel bir proses olduğunu sübut etdilər. Bu kəşf yaddaşın formalaşmasının təməl mexanizmini yenidən nəzərdən keçirmək zərurətini ortaya qoyur. Yeni model, koqnitiv pozğunluqlarla mübarizə üçün daha təsirli yanaşmaların inkişafına yol aça bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:245
embedMənbə:https://news24.az
archiveBu xəbər 12 Dekabr 2024 23:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri