Icma.az
close
up
RU
“ALIN ...A ! YANAYANA QALIN A…! MƏN SOVET VƏTƏNDAŞIYAM !

“ALIN ...A ! YANAYANA QALIN A…! MƏN SOVET VƏTƏNDAŞIYAM !

Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İdeya korafəhmliyi sağalmaz xəstəlikdir
Sovetlər dönəmində rayonlarımızdan birində sosialist ideyalarına sonsuz məhəbbətlə itaətkarlıq göstərmiş yaşlı bir ağsaqqal varmış. Sosializmə nə qədər bağlı olduğunu yatdığı evin divarlarından asdığı portretlərlə də nümayiş etdiribmiş... Divarların birindən dahi rəhbəri Karl Marksın, o birindən Fredrix Engelsin, digər tərəfdən Vladimir İliç Leninin, dördüncü divardan isə İosif Stalinin portretlərini asıbmış.
Günlərin birində bütün ömrünü sosializm ideyalarına həsr etmiş yaşlı qoca yorğan-döşəyə düşür və bu vəfasız dünyadan nakam köçmək istəmir, son istəyi ürəyində qalmasın deyə, oğlanlarını yatdığı çarpayının ətrafına toplayır.
- Övladlarım, mənim artıq son nəfəsimdir, istəyirəm, son sözlərimi eşidib, son vəsiyyətimə əməl edəsiniz. Uşaqların üzünə xoş bir təbəssüm qonur, fikirləşirlər ki, bütün ömrü yüksək vəzifələrdə keçən atalarının övladları üçün gizli bir saxlancı, qır-qızılı var və indi onun yerini deyəcək.
- Mən bütün ömrümü Sovet hökümətinin çiçəklənməsinə həsr etmişəm. Sağ olsun, hökümət də əməyimi itirməyib, yüksək də qiymətləndirib, orden və medallarım var. İndi son nəfəsimdir, istəyirəm, Sovet hökümətinə, sosializm ideyalarına sədaqətimi dəfnimə gələn hər bir insan eşitsin və bilsin.
Qocanın üz-gözü işıqlandı, odlu-alovlu çıxışları yadına düşdü, Sovet hökümətinə məhəbbəti yadına düşdü.
- Canımı tapşırıram, siz heç vaxt bir sözümü iki etməyibsiniz, son arzumu da yerinə yetirin, yatağımın yönünü Marksın şəklinə tərəf çevirin.
Bütün ömrü yüksək vəzifələrdə keçmiş atalarından var-dövlət vəsiyyəti əvəzinə bu arzunu eşidəndə təəccüblə bir-birinin üzünə baxdılar. Son nəfəsində atalarının bu istəyi bütün ümidlərini daşa çaldı, qol-qanadlarını qırdı. Onsuz da ağır olan, bu sözlərdən sonra daşınmaz yükə çevrilən kravatı güc-bəla ilə Marksın portreti vurulmuş divara sarı çevirdilər.
Aradan bir az keçir, qoca yenə oğlanlarına üz tutur:
- Uşaqlar, kravatın yönünü Engelsin şəklini vurduğum divara sarı çevirin. Uşaqlar bu vəsiyyətə də əməl edir, dəmir çarpayını güc-bəla ilə fırlayıb, çarpayının yönünü indi də Engelsin portretinə tərəf çevirirlər.
Bir müddət də keçir, ağır-ağır nəfər alan qocanın zəif səsi gəlir:
- Oğlanlarım, məni Leninin şəklinə tərəf çevirin.
Uşaqlar yenə ağır kravatı köhnə, qırıq-sökük döşəmənin üstü ilə Leninin şəklinə tərəf fırlayırlar.
Yenə araya dərin sükut çökür. Bir müddət keçir, sükutu qocanın “əmri” pozur, sanki tribunadadır, zəif, güclə eşidiləcək səslə:
- Məni Stalinə tərəf çevirin.
Yenə ağır dəmir kravatı köhnə taxta döşəmənin üzəri ilə, əziyyətlə Stalinin şəklinə sarı çevirirlər.
Beləliklə, gecə keçir, uşaqlar da atalarının əmri ilə dəmir kravatı dörd divar səmtində fırlatmaqdan əldən düşürlər.
Bu çək-çevir, bu fırlatmalar uşaqları əldən salır, axırda uşaqların ən kiçiyi, saqqallı sonbeşik dözmür:
- Ay ata, bu ağır kravat bizi əldən saldı, onu bu dörd şəkil arasında fırlatmaqdan öldük, sən canını tapşırır, biz bilirik, hara lazımdır, ora da çevirəcəyik …
Allah heç kimə göstərməsin, hər cür xəstəliyin dərmanı var, ideya korafəhmliyindən başqa, elə ki, tutuldun, bu dünyada, elə axirətdə də o qoca kimi fır-fır fırlanacaqsan…
Vaqif TANRIVERDİYEV

Gəncə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:208
embedMənbə:https://adalet.az
archiveBu xəbər 24 Dekabr 2024 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see530

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see287

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see280

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see276

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see269

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see268

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see262

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see255

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see237

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see234

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see234

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see230

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see221

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see220

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see220

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see213

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see211

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see210

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see208

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri