“Alkatraz” yenidən açılır
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp məşhur “Alkatraz” həbsxanasının yenidən fəaliyyət göstərməsi ilə bağlı göstəriş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Tramp “Truth Social” sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, ölkənin Həbsxana Bürosuna Ədliyyə Nazirliyi, Federal Təhqiqat Bürosu və Daxili Təhlükəsizlik Nazirliyi ilə birgə genişləndirilmiş və bərpa edilmiş bu həbsxanasının yenidən açılması barədə göstəriş verib.
Qeyd edək ki, San-Fransisko körfəzində eyniadlı adada yerləşən sözügedən həbsxana 19-cu əsrin ortalarında hərbi qala olaraq inşa edilib, 1934-cü ildə isə xüsusi rejimli federal cəzaçəkmə müəssisəsinə çevrilib. Həbsxana fəaliyyət göstərdiyi müddətdə ümumilikdə 36 məhbus oradan qaçmağa cəhd etsə də, onların heç biri uğurlu olmayıb. Qaçmağa çalışan məhbusların əksəriyyəti tutularaq kameralarına qaytarılıb, digərləri isə ya öldürülüb, ya da körfəzdə boğulub.
“Alkatraz” yüksək xərclər və binanın pis vəziyyətdə olması səbəbindən 1963-cü ildə bağlanmışdı. Hazırda ada turistlər arasında populyar yer hesab olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 05 May 2025 10:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















