Icma.az
close
up
RU
Alkoqollu içkilər insana nə edir?

Alkoqollu içkilər insana nə edir?

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Spirt qoxulu, uçan, yanan, rəngsiz mayedir, C2H5OH, etanol, etil spirtdən ibarət içkidir. Alkoqol bədənimizdəki bütün orqanlara dağıdıcı təsir göstərir. Hər il dünyada 3,5 milyon insan alkoqoldan yaranmış xəstəliklər səbəblərindən ölür. Qaraciyərdən ağciyərlərə, ürəkdən beyinə qədər bütün orqan və sistemlərə ciddi ziyan vuran spirt orqanizmə qəbul edildikdən 3 dəqiqə sonra bütün hüceyrələrə çatır və dağıdıcı təsir göstərməyə başlayır. Alkoqol bədəndəki suyun miqdarını azaldır. Bədənin susuzlaşması səsə, danışmağa və oxumağa mənfi təsir göstərir. Alkoqol istifadəsi öskürəyə, səsin xırıltısına və batmasına səbəb olur. Onun istehlakı artdıqca damarların daralması da artır.

Spirtli içkilərdən istifadə edən insanın yuxu rejimi və yuxu keyfiyyəti pisləşir. Alkoqol istifadəsi tez-tez oyanmağa və dərin yuxuya gedə bilməməyə səbəb olur. Alkoqol ağızda quruluğa, ağız qoxusuna, dad hisslərinin pisləşməsinə, ağız boşluğunda infeksiyalara və diş əti xəstəliklərinə səbəb olur. Alkoqol ürəkdə aritmiya, ürək çatışmazlığına səbəb olur.

Alkoqol müxtəlif mədə və həzm pozğunluqlarının əsas səbəblərindən biridir. Uzun müddətdə qastrit, xora və mədə iltihabına səbəb olur. Alkoqol qaraciyərə zəhərli təsir göstərir. Qaraciyər hüceyrələri spirtdən zədələnir və struktur dəyişikliklərinə məruz qalır. Alkoqolla əlaqəli qaraciyər xəstəlikləri, qaraciyərin yağlanmasına, hepatitə və nəticədə serroza səbəb olur.

Spirtli içkilərdən istifadə edənlərin vərəmə tutulma ehtimalı 28 dəfə çoxdur. Hamilələrin alkoqol qəbul etməsi körpənin beyin və ürəyinin inkişafına zərər verir. Körpədə böyümənin geriləməsi, beyin və sinir sisteminin zədələnməsi kimi anadangəlmə qüsurlara səbəb ola bilər. Alkoqol dölə hər mərhələdə mənfi təsir edir, lakin xüsusilə ilk aylarda çox daha ciddi zərər verir. Alkoqol beyin funksiyalarına mənfi təsir göstərir, təfəkkür, qərar vermə və hərəkət etmə qabiliyyətini pozur. Alkoqol istifadəsi kişilərdə cinsi gücü azaldır.

Keyfiyyətsiz və ya texniki spirtdən hazırlanmış alkoqolun zəhərlənmələrə səbəb olması ilə bağlı tez-tez mətbuatda xəbərlər yayımlanır. Saxta alkoqol çox təhlükəlidir və qısa müddətdə ağır fəsadlara, hətta ölümə belə səbəb ola bilir. Onun tərkibinə etil spirti yerinə metil spirti qatırlar, bəzən də texniki spirt və ya başqa qatqılar olur. Nəticədə güclü baş ağrısı, ürəkbulanma, qusma

qarın ağrıları, başgicəllənmə, halsızlıq, görmə pozuntuları, bulanıq görmə, tam korluq, qan təzyiqinin düşməsi, huşun itməsi, qıcolmalar, koma, qaraciyər və böyrəklərin sıradan çıxması, mərkəzi sinir sisteminin zədələnməsi, ürək-damar problemləri və ölüm halları baş verə bilər. Metil spirti bədəndə parçalanarkən formaldehid və qarışqa turşusu əmələ gətirir, bunlar da hüceyrələri zəhərləyir. Cəmi 30 ml metil spirti ölümcül ola bilər, 10 ml-si isə insanı tamamilə kor edə bilər.

Bəs alkoqoluun saxta olduğunu necə anlamaq olar? Ən birinci yolu çox ucuz təklif edilməsidir.

Maya dəyərindən aşağı təklif edilirsə, almadan öncə düşünün. Saxta içkilərdə qablaşdırma, yazılar, loqotip də keyfiyyətsiz olur. Vergi nişanının olmaması, bulanıq və ya keyfiyyətsiz görüntüdə olması da şübhəli vəziyyətdir. Saxta içkilər tərkibindəki metildən dolayı daha sərt, kimyəvi qoxu verir, dadı da daha sərt olur. Əgər orijinal deyilsə, çöküntülü və bulanıq olur.

Alkoqollu içkilər zərərdir, ən yaxşısı ümumiyyətlə qəbul etməməkdir. Amma əgər qəbul etmisinizsə, içikinin saxta olmağından və zəhərlənməyinizdən şübhələnirsinizsə, o zaman təcili yardım gələnədək özünüzə ilk yardım edin. Qusursunuzsa, ayaqişləmə və sancı varsa, bulanıq görürsünüzsə, tərləyib titrədirsinizsə, huşunuzu itirəcək qədər halsızsınızsa, deməli, zəhərlənmisiniz. Qusmağa çalışın, ayıqsınızsa maye qəbul edin, amma huşunu itirən adama bunu etmək təhlükəlidir. Bol maye zəhərin bədəndən xaric olmasına kömək edir. Aktiv kömür için, ən az 4-6 ədəd. Bədən temperaturunuz aşağı düşürsə özünüzü isti bir yorğanla bükün. Digər müdaxilələr xəstəxana şəraitində və peşəkarlıar tərəfindən aparılacaq.

Unutmayın, saxta içkilərdən sığortalanmağın ən etibarlı yolu, ümumiyyətlə, alkoqollu içkilərdən istifadə etməməkdir. Bu, həm səhhətinizə, həm də büdcənizə faydalıdır.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması ” istiqaməti çərçivəsində hazırlanıb

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Avqust 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri