Alkoqolun qaraciyərə təsirindən qoruyan vasitə aşkar edilib
Oxumeni.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yetişməmiş sitrus meyvələrinin qabığından əldə edilən ekstraktın alkoqolun təsiri nəticəsində qaraciyər hüceyrələrində yaranan zədələnməni azalda bildiyi müəyyən edilib. Çinli tədqiqatçılar xüsusi fermentativ emaldan sonra bitki mənşəli birləşmələrin qoruyucu xüsusiyyətlərə malik olduğunu aşkar ediblər. Oxuməni.az xəbər verir ki, tədqiqatın nəticələri Food & Function (F&F) jurnalında dərc olunub.
Alimlər ənənəvi Çin təbabətində “tsinpi” kimi tanınan yetişməmiş sitrus meyvələrinin qabığını araşdırıblar. Təcrübə üçün bir, üç, yeddi və on il saxlanılmış nümunələrdən istifadə edilib. Nümunələr pektini parçalayan və bioloji aktiv maddələrin sərbəst buraxılmasına kömək edən pektinaza fermenti ilə emal olunub. Daha sonra əldə edilən ekstraktlar etanolun təsirinə məruz qalmış HepG2 insan qaraciyər hüceyrələri üzərində sınaqdan keçirilib.
Ən güclü qoruyucu təsir on il saxlanılmış qabıqdan əldə edilən ekstraktda müşahidə olunub. Bu ekstrakt oksidləşdirici stressin səviyyəsini, hüceyrə membranlarının zədələnməsini və qaraciyər hüceyrələrinin zədələnməsini göstərən fermentlərin aktivliyini azaldıb. Bundan əlavə, alkoqolun parçalanmasında iştirak edən fermentlərin aktivliyi qismən bərpa olunub. Tədqiqatçılar həmçinin hüceyrələrdə zərərli reaktiv oksigen formalarının toplanmasını və hüceyrə zədələnməsini müstəqil şəkildə azaldan üç birləşmə — tanqeretin, timol və nobiletin müəyyən ediblər.
Müəlliflərin fikrincə, emal edilmiş sitrus qabığı alkoqolun toksik təsirindən qaraciyəri qorumaq üçün yeni vasitələrin hazırlanmasında istifadə edilə biləcək maddələrin mənbəyinə çevrilə bilər.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 12 Oktyabr 2026 14:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















