Təhsildəki problemlər haqda fikir bildirəcəyik Ekspertdən yeni mərkəzlə bağlı AÇIQLAMA
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Təhsil sahəsində fəaliyyət göstərən bir qrup ekspert və media nümayəndəsi Təhsil Ekspertləri Mərkəzi yaradıb. Mərkəz dövlət qeydiyyatından keçərək rəsmi fəaliyyətə başlayıb.
Bu barədə Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev məlumat verdi.
Onun sözlərinə görə, mərkəzin 11 nəfərlik idarə heyətində ölkədə tanınan, sözü və etibarı olan şəxslərlə yanaşı, media nümayəndələri də təmsil olunur:
“Bir neçə təhsil mütəxəssisi və media nümayəndəsi olaraq bir araya gəlib Təhsil Ekspertləri Mərkəzini formalaşdırmışıq. Mərkəz dövlət qeydiyyatından keçib və artıq rəsmi fəaliyyətə başlayıb. 11 nəfərlik idarə heyətində xüsusilə ölkədə sözü, etibarı olan şəxslər, eləcə də media nümayəndələri var.
Hesab edirik ki, təhsil ictimaiyyətində təhsil sahəsindəki müəyyən məsələlərə münasibət bildirə, öz fikirlərini ifadə edə və təkliflərini verə biləcək şəxslər var. Biz də Təhsil Ekspertləri Mərkəzinin üzvləri olaraq həm təhsildəki irəliləyişlər, həm təkliflər, həm də problemlər barədə sərbəst fikir bildirmək imkanına malik olacağıq.
Rəhbər olaraq hamımızın ağsaqqalı hesab etdiyimiz təhsil eksperti Məzahir Məmmədli seçildi. Bütün üzvlərin yekdil qərarı ilə Məzahir müəllim idarə heyətinin rəhbəri oldu. Digər şəxslər də təhsil sahəsində etimad qazanan, ekspertlik fəaliyyəti göstərən şəxslərdir. Aramızda media nümayəndələri, eləcə də sosial media sahəsində fəaliyyət göstərən şəxslər var”.
Ramin Nurəliyev mərkəzin gələcək fəaliyyəti ilə bağlı gözləntilərini də bölüşdü. O, əsas məqsədin təhsil ictimaiyyətinin inkişafına töhfə vermək olduğunu vurğuladı:
“Ümid edirik ki, ölkə ictimaiyyəti və təhsil ictimaiyyəti üçün böyük işlər görəcəyik. Təhsil ictimaiyyətində hər hansı gündəm məsələsi ilə bağlı fikrimizi rahat şəkildə ifadə edə biləcəyik.
Məqsədimiz, əlbəttə ki, təhsil ictimaiyyətinin inkişafına müsbət töhfə verməkdir. Mərkəzin gələcək fəaliyyəti də bu istiqamətdə qurulacaq. Burada hər hansı kommersiya məqsədi güdülmür. Təşkil ediləcək təlimlər, seminarlar və konfranslar müəyyən ödəniş qarşılığında keçirilərsə, bu vəsait mərkəzin müəyyən xərclərinin qarşılanmasına yönəldilə bilər”.
Ekspert mərkəzin fəaliyyət istiqamətlərindən də danışdı. Onun sözlərinə görə, təhsil sahəsi üzrə seminarların, təlimlərin və konfransların təşkili, bir neçə ali təhsil müəssisəsi ilə əməkdaşlıq, universitetlərdə təhsil və ixtisaslarla bağlı görüşlərin keçirilməsi nəzərdə tutulur:
"Həmçinin ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinə ali təhsil müəssisələri barədə məlumatların verilməsi də əsas məqsədlərdəndir".
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 26 Noyabr 2026 18:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















