“Allah kəssin, belə yaxşılığınızı…” Kəramət Böyükçöldən Qurtuluş Reablitasiya Mərkəzinin rəhbərliyinə tərs sillə
Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
AzTV-nin məşur aparıcısı olmuş Nəsimi Nəbizadənin və keçmiş ANS-çi Ceyhun Əsgərovun saxlandığı Qurtuluş Reablitasiya Mərkəzinin onların üzərindən reklam qurması birmənalı qarşılanmayıb.
Belə ki, Qurtuluş Reablitasiya Mərkəzi adlanan qurumun təmsilçiləri hər iki şəxsi narkotik və içki asılılığından xilas etmək üçün himayələrinə götürsəllər də bunu tez-tez sosial şəbəkələrdə onların uyğunsuz görüntüləri ilə yayırlar.
Gununsesi.info-nun xəbərinə görə, tanınmış yazıçı Kəramət Böyükçöl Qurtuluş Reablitasiya Mərkəzinin bu addımını sərt tənqid edib:
“Milli Qəhrəman Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərovu və Nəsimi Nəbizadəni müalicə üçün reabilitasiya mərkəzinə yerləşdiriblər. İki dəqiqədən bir Nəsiminin də, Ceyhunun da videosunu çəkib paylaşırlar. Tiktokda hər dəfə videoları qabağıma çıxanda onların yerinə mən utanıram. Bu yaxşılıq deyil, özünüzə çox biabırçı bir şəkildə reklam tutmaqdır. Ceyhun Əsgərovu evdən sürüyə-sürüyə çıxarırsınız, bəs, bunu videoya çəkib niyə paylaşırsınız? Ayıb deyil? Nəsiminin qabağına yemək qoyurlar. Adam yemək yediyi yerdə videosunu çəkib tiktoka qoyurlar və deyirlər ki, ay camaat, xahiş edirik, bunu paylaşın, abunə olun. Allah kəssin sizin elədiyiniz yaxşılığı…”
Afət
Gununsesi.info
 Bu mövzuda digər xəbərlər:
Bu mövzuda digər xəbərlər: Baxış sayı:35
Baxış sayı:35 Bu xəbər 15 Sentyabr 2025 09:31 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 15 Sentyabr 2025 09:31 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















