Icma.az
close
up
RU
“Allah yoxdur, amma Hz. Abbas başqa aləmdir” Sekulyarizmi tənqid edənlərin məqsədi nədir?

“Allah yoxdur, amma Hz. Abbas başqa aləmdir” Sekulyarizmi tənqid edənlərin məqsədi nədir?

Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kulis.az Şamil Paşayevin yeni yazısını təqdim edir.

Azərbaycanda sekulyarizmin dindar yox, daha çox əks cəbhənin nümayəndələri tərəfindən tənqid edilməsinə şahid oluruq. Dindarların bu mövzuya yanaşması zatən bəllidir. Lakin intellektual olmağa iddialı şəxslər niyə media və sosial mediada sekulyarizmə hücuma keçib, neo-şarlatanlıq edirlər?

Görünən odur ki, sekulyarizm anlayışının qavranmasında da problem var. Tarixə nəzər salsaq, XVIII əsrdə aydınlanma çağı ilə dünya sekulyarizm ilə tanış oldu. Qərbdə reformasiya və renessans hərəkatları ilə başladılmış proses Fransa inqilabı ilə tamamlandı. Tanrı mərkəzli düşüncə sisteminin yerini ağıl mərkəzli düşüncə sistemi tutdu.

Sekulyarizmin təməl anlayışı empirizmdir, yəni təcrübə və müşahidə ilə əldə edilən biliyin doğruluq payı var. Sekulyarizmə görə, cəmiyyət, hüquq sistemi dini qaydalarla idarə olunmur. Sekulyarizm – dünyəvilik deməkdir, amma ateizm demək deyil.

Sekulyarizmlə tanışıqmı?

Sekulyarizm bizə fəlsəfə və düşüncə tariximizlə gəlmədi; biz aydınlanma prosesini keçmədik, bunun sancılarını dərk etmədik. XX əsrin əvvəlində – Cümhuriyyət və Sovet dönəmində bu anlayışa rast gəldik, amma nəzəri öyrəndiyimiz terminin real həyatımızda tətbiqetməsi olmadı.

Azərbaycan Konstitusiyasında dünyəvi dövlət olduğu qeyd edilib. Lakin real ictimai şüurda və həyat tərzində bu anlayışın dərindən kök salmadığı açıq görünür. Cümhuriyyət cəmi 23 ay yaşadığı üçün onun ideyalarını cəmiyyətə çatdırmaq mümkün olmadı. Daha sonra Sovet dövrü başladı. Bu dövrdəki məcburi ateizm sekulyarizm deyildi, bu, sadəcə dinə qarşı ideoloji müharibə idi. Əslində, dinin avtoritarlığını dağıtmağa yönəlmiş Sovet təbliğat maşını həm də sekulyarizmə zərbə vururdu.

Gerçək sekulyarizm isə dinin dövlətdən ayrı olması, fərdin vicdan və ifadə azadlığının təmin olunması, dini inancların siyasət üçün alət edilməməsidir.

Mövcud Konstitusiyamızda dünyəvi dövlət olduğumuz yenə qeyd edilib. Dövlət özünün bu mövzudakı məsuliyyətini yerinə yetirir. Azərbaycan dini inancların siyasət üçün alət edilmədiyi azsaylı ölkələrdən biridir. Anma bununla yanaşı, dövlət dini bayramları qeyd və təşkil edir.

Cəmiyyətdə isə teist-mistik düşüncə yayğındır; izahı olmayan pirlər, övliyalar “müqəddəs” hesab olunur. Zaman-zaman özünü “Peyğəmbər” və ya “Axır-Zaman imamı” elan edənlər çoxalır.

Azərbaycanda elə kənd yoxdur ki, orada fövqəlbəşər gücü olduğuna inanılan seyid, molla olmasın. Hələ də uşağı olmayanlar, xoşbəxtlik axtaranlar, məişət problem yaşayanlar daşa, qayaya, pirlərə gedir, mollaya dua yazdırır. Xəzərdə su bir az çəkiləndə çıxan cadulardan, qıfıllardan isə heç danışmağa dəyməz.

Hətta özünü ziyalı kimi tanıtmaq istəyən, ateist olduğunu bəyan edənlər belə teist-mistik anlayışlardan və adətlərdən uzaqlaşa bilmirlər.
Ateistlər də qəribə “ateistdi”lər. Məsələn, deyirlər ki, “Allah yoxdur, amma Hz. Abbas başqa aləmdir”. Ya da ateist və ya deist olduğunu deyən adamların yazılarından, dillərindən “İnşallah” sözü düşmür.

Bu isə Güney Qafqazdakı türk ateistlərinin bir qisminin dünyəvilikdən çox, dini folklordan və mədəni kimlikdən doğan bir “kültür-ateizmi” yaşadığını göstərir. Bu insanlar rasionalist və ya fəlsəfi ateist deyillər, onlar dini inancı tərk edib, amma dini simvollarla, xüsusilə də şiəlikdəki qəhrəmanlarla (Hz. Hüseyn, Hz. Abbas və s.), sünnilikdə isə Hz. Ömər kimi füqurlarla emosional və mədəni kimlik bağlarını saxlayırlar.

Onlar üçün Hz. Abbas ilahi varlıqdan çox, “kişilik”, “əqidə”, “zülmə qarşı duruş” simvoludur. Folklor şiəlikdir. Bu düşüncə dini kimlik üzərində qurulan kultdan yaranıb. Adamlar qəhrəman olmağı sevir, amma öz qəhrəmanlarını düzgün yerdə də axtarmır: Osman Baturu tanımır, Kürşadı bilmir, Babəki görmür.

Ateizm isə burada məntiqi bir nəticə yox, daha çox sosial narazılıq, fərdi inciklik, ya da kütlədən fərqlənmək, "cool" görünmək üçün vasitədir.

Hüquqda sekulyarizm


Sosial şəbəkələrin yaratdığı müşahidə imkanı onu deməyə əsas verir ki, cəmiyyət hələ hüquqdakı sekulyarizmi də tam qəbul edə bilmir. Təqsirsizlik prezumpsiyası – “Məhkəmə qərarı ilə təqsiri sübuta yetirilənədək hər kəs təqsirsiz sayılır” ifadəsi sekulyar düşüncə tərzinin hüquqda ifadəsidir. Yəni, sübuta ehtiyac var. Biz nə müşahidə edirik? Mediada və sosial mediada adamlara sübutsuz, məhkəməsiz cəza, hətta edam da tələb edirlər. Bəzi hallarda dövlət orqanları da sosial mediad yazılanlar əsasında heç bir məkhəmə araşdırması olmadan cəzalar tətbiq edir, qərar qəbul edirlər.

Bütün bunların səbəbi isə sekulyarizmə təbii, fəlsəfi və elmi çatmamağımızdır.
Azərbaycanda yaranmış mənzərə, əslində, sekulyarizmin deyil, onun imitasiyasının nəticəsidir. Cəmiyyət səviyyəsində sekulyarizm ya yanlış başa düşülür, ya da sırf formal məqsədlərlə istifadə olunur.

Dindar sekulyarizmdən qorxur, çünki onu dinə qarşı bir hücum hesab edir.
Dinsiz də dinin içindən çıxa bilmir, çünki dini kimlikdən azad ola bilmir.
Dövlət isə hər ikisinin vətəndaşı olaraq könlünü almağa çalışır.
Cəmiyyətin streotiplərinə görə, sekulyarizm ya Sovet kabusu, ya da Qərb nağılıdır. Sekulyarizm isə heç biri deyil.

Sekulyarizmi tənqid edənlərə tövsiyə

Mənə görə, Azərbaycanda sekulyarizmi tənqid edənlər ilk növbədə həkimdən sağlamlıq haqqında arayış almalıdılar.
Bu, mövcud gerçəkliyin sarkastik ifadə formasıdır. Sekulyarizmin nə olduğunu dərindən anlamayan, onu yaşamayan cəmiyyətdə bilmədiyin bir nəsnəni tənqid etmək üçün azca “o məsələ” olmaq lazımdır. Biz nə zaman sekulyar dəyərlərlə yaşayıb, böyüdük ki, hələ onun “bəlaları” barədə də danışaq?

Sözsüz ki, bütün düşüncələr, nəzəriyyələr tənqidə açıqdır. Heç bir nəzəriyyə və düşüncə aksioma kimi qəbul edilməli deyil. Amma əvvəl nəzəriyyəni öyrənmək, daha sonra onun tətbiq etmək, daha sonra zərər və ya xeyrini araşdırmaq daha doğru addım olardı…

"Bugünkü televiziya proqramları bu əsərlərdən daha pornoqrafikdir" - Qismət Azərbaycanın daha iki abidəsi UNESCO-nun Dünya İrsinin İlkin Siyahısında Vaqif Poeziya Günləri keçiriləcək
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://kulis.az
archiveBu xəbər 14 İyul 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see392

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see368

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see365

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see283

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see273

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see272

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see271

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see263

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see255

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see254

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see240

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see233

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see231

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see230

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see229

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see228

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see227

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see226

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see222

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri