Icma.az
close
up
RU
Medianın göz bəbəyi kimi qoruduğu Konstitusiya və Suverenlik

Medianın göz bəbəyi kimi qoruduğu Konstitusiya və Suverenlik

Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müasir insanlar üçün həyatı televiziya, radio və sosial media xəbər lentləri olmadan təsəvvür etmək çətindir. Odur ki, medianın ictimai-siyasi həyatda fəal rolunu mübahisə etmək çətindir. Onlar konkret məqsəd güdürlər və ona çatmaq üçün bütün mümkün vasitələrdən istifadə edirlər. Məsələn ABŞ vaxtı ilə mətbuatda özünün sifarişlə dərc etdiyi xəbərə istinadən edərək İraqa daxil olub və minlərlə insanın ölümünə səbəb olub. Bu cür misallar hədsiz çoxdur. Odur ki, Azərbaycanda KİV-in gözü mövcud regional vəziyyət nəzərə alaraq yalnız ölkənin sabitliyi, rifahı və mənafeyini qorumaq üçün düzgün görməlidir.
Gözün tacı Konstitusiya
Konstitusiya hüquq sisteminin əsaslandığı təməldir, bütün hüquq normaları buna əsaslanır. Odur ki, qanunvericilik aktlarının Konstitusiyaya və ya bir-birinə zidd olmaması vacibdir. Digər tərəfdən, Konstitusiya strategiyanın formalaşdırılması məqsədinə xidmət edir: bu, cəmiyyətin səy göstərdiyi məqsədləri və bu hərəkatı əsaslandırdığı prinsipləri təsvir edir. Qanun və nizam üç ali dəyəri təmin etmək üçün mövcuddur: bərabərlik, azadlıq və ədalət.
Birbaşa tətbiq olunan qanun vətəndaşın bilik səviyyəsindən asılı olmayaraq tətbiq edilir, lakin hər kəs bu sənədin əsaslarını başa düşməyə borcludur. Axı insanlar Konstitusiyanın təmin etdiyi imtiyazlardan praktiki olaraq istifadə edə bilərlər. Bu yolda birbaşa öhdəlik mətbuatın üzərinə düşür.
KİV müxtəlif üsullarla hüquq sistemin təməlini hər bir insanın anlaya biləcəyi formada çatdırmalı, daha çox onun müddəaları, o cümlədən cəmiyyətdəki rolunu təhlil etməlidir. Çünki Konstitusiya dövlətin konstitusiya quruluşunun əsaslarını, insan və vətəndaş hüquq və azadlıqlarını, idarəetmə formasını və ərazi quruluşunu, dövlət hakimiyyətinin ali orqanlarının təşkilini, dövlətin paytaxtını, dövlət rəmzlərini təsbit edən sənəddir.
Hələ 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991–1993-cü illərdə hakimiyyət bunu bacara bilməyib. Səbəb çox olsa da, bəzilərin sadalamaq yetərlidir - həmin dövrdə formalaşmayan dövlət idarəçiliyi mexanizmləri, şəxsi istək əsasında reallaşan qanunlar, təhlükəsiz olmayan vəziyyət.
Ancaq Heydər Əliyevin iqtidara gəlişindən iki il sonra, 1995-ci il noyabrın 12-də qəbul olunmuş ilk Konstitusiya ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil edib. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynayıb.
Bütün hallarda çatışmayan amil vardı. O da işğal altında olan ərazilərimiz. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında qalması Azərbaycan Respublikasının suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan verməyib. Lakin 5 il öncə, 2020-ci il sentyabrın 27-də Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olub. Məhz Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli 294 nömrəli Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilib.
Gözün qişası - Suverenlik
XIX əsr fransız hüquqşünası A. Esmen yazıb: “...dövlət suverenliyinin iki aspekti var: daxili suverenlik və ya milləti təşkil edən bütün vətəndaşlar, hətta milli ərazi daxilində olanlar (dövlət daxilində müvəqqəti yaşayan əcnəbilər -Qeyd) üzərində hakimiyyəti həyata keçirmək hüququ və ərazi bütövlüyünü qorumaq və daxili işlərə xarici qüvvələrin qarışmamasını nəzərdə tutan xarici suverenlik”.
Orta əsrlərdə suverenliyə monarxların mütləq hakimiyyətə olan ilahi hüququ kimi baxılırdı. Kral öz səlahiyyətini Allahdan götürən və heç bir yer üzündəki hakimiyyətə tabe olmayan suveren hökmdar sayılırdı. Renessans və Reformasiya xalq suverenliyi ideyalarının meydana çıxdığını gördü. Jan Bodin və Tomas Hobbs kimi mütəfəkkirlər heç bir xarici qüvvələr tərəfindən məhdudlaşdırılmayan dövlətin ali hakimiyyəti kimi suverenlik konsepsiyasını inkişaf etdirməyə başladılar. Bodin, əslində, “suverenlik” ifadəsini işlətdi. O, özündən asılı olan vassal hökmdarların hakimiyyətindən fərqli olaraq, ali hökmdarın, iri feodal mülkədarının qeyri-məhdud hakimiyyətini ifadə etmək üçün istifadə edirdi.
XVIII-XIX əsrlərdə maarifçilik və liberal ideyaların inkişafı ilə milli suverenlik ideyası ön plana çıxdı. Suverenlik millətin öz müqəddəratını təyinetmə və müstəqillik hüququ kimi qəbul olunmağa başladı. Amerika və Fransa inqilabları xalqın suverenliyi prinsipini konstitusiya sənədlərində təsbit etdi. XX əsrdə, Birinci dünya müharibəsindən və imperiyaların dağılmasından sonra milli suverenlik prinsipi beynəlxalq hüququn əsasına çevrildi (Millətlər Liqası, BMT). Suverenlik hər bir dövlətin müstəqillik və ərazi bütövlüyünə ayrılmaz hüququ kimi baxılırdı.
Suveren dövlət öz ərazisi daxilində tam səlahiyyətə malikdir, digər dövlətlərin, beynəlxalq təşkilatların müdaxiləsi olmadan öz daxili və xarici siyasətini müstəqil müəyyən edib həyata keçirə bilər. Sadə dillə desək, dövlət suverenliyini müstəqil qərarlar qəbul edən, onlara cavabdeh olan və başqalarının ona öz iradəsini diktə etməyə imkan verməyən yetkin şəxsin müstəqilliyi ilə müqayisə etmək olar. Suverenlik şəraitində hökumət ayrı-ayrı orqanların səlahiyyət və vəzifələrini müəyyən edən aydın sistemə malik vahid, yaxşı işlənənə mexanizm kimi fəaliyyət göstərir.
Yəni ölkədə kimin nəyə görə cavabdeh olduğu hər kəsə aydındır. Siyasi suverenliklə yanaşı, iqtisadi suverenlik də var. Bu, bir dövlətin iqtisadiyyatının özünü təmin etdiyi və digər ölkələrdən çox asılı olmadığı zamandır. Azərbaycan iqtisadi suverenliyini əldə etsə də, yuxarıda qeyd etdiyimiz ərazi suverenliyinə bir neçə ildir qovuşub.
Mətbuat öz növbəsində suverenliyi informasiya, təhlil və müzakirələr vasitəsilə onun müdafiəsi üçün platforma yaradır. KİV nümayəndələri dövlət suverenliyi ilə bağlı məsələlərin işıqlandırılmasında, onun müdafiəsində cəmiyyətə və hökumətə kömək edə biləcək informasiyaların verilməsində mühüm rol oynamalıdır. Dövlətin xarici və daxili siyasəti, habelə onun suverenliyinə təhdidlər dərhal dərc edilməlidir ki, ictimaiyyət baş verənləri dərk etsin və mövcud vəziyyəti analiz edə bilsin.
Çünki mətbuat dərc etdiyi materiallar vasitəsilə ictimai rəyə təsir göstərir, vətənpərvərlik hisslərini formalaşdırır və insanları suverenliyin qorunması ideyası ətrafında birləşdirir. Sonuncu 44 günlük Vətən müharibəsi buna əyani sübutdur. 44 gün davam edən müharibə mətbuatın rolunun nə qədər vacib olduğunu göstərdi. Saxta və düzgün olmayan məlumatlara dəqiq və qısa zamanda verilən cavab “fake”lərin məhvinə səbəb oldu.
Həmin dövrdə milyonlar insan “fake” məlumatlara tərəddüd etmədən inanırdı. Peşəkar Azərbaycan mediası informasiyanın əsas yayıcısı olmaq hüququ uğrunda fəal mübarizə apardı, çünki təhrif olunmuş məlumatı ehtiva edən yalan mətnlər fiziki və psixi sağlamlıq və insanın inkişafı üçün təhlükəli ola bilərdi. Gerçəkliyə uyğun olmayan məlumatların təsiri altında insanlar həqiqəti yalandan ayırmaq qabiliyyətini itirə bilərdilər.
Beləliklə, mediamızın savadlılığının yüksək səviyyədə olması təkcə ayrı-ayrı şəxslərin deyil, bütövlükdə cəmiyyətin və dövlətimizin təhlükəsizliyini qorudu. Odur ki, medianın Konstitusiya ilə qorunması, hüquqi demokratik dövlətdə mətbuat azadlığının dəyəri və əhəmiyyəti, media məkanının keyfiyyətli məzmunla doldurulması suverenliyimizə təhdidləri neytrallaşdırdı. Məhz ona görə, medianın gözü kor olmamalıdır, xüsusilə bu sahədə. Zədəli göz insanın yerişinə və dərk etmək qabiliyyətinə təsir edə bilər. Müvazinəti olmayan insanın hansı tərəfə yıxılacağı bəlli deyil.
Yazı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə ənənəvi Jurnalist yazı müsabiqəsi üçün təqdim edilir
İlkin Nəcəfzadə
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://azvision.az
archiveBu xəbər 28 Noyabr 2025 05:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri