Allahşükür Paşazadə Özbəkistana səfərə yola düşüb
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə iyulun 6-da Özbəkistan Respublikasına səfərə yola düşür.
Bu barədə APA-ya QMİ-dən məlumat verilib.
Bildirilib ki, səfərdə məqsəd İSESCO və Özbəkistan İslam Sivilizasiyası Mərkəzinin birgə təşkilatçılığı ilə 7-11 iyul tarixlərində Özbəkistan Respublikasının Daşkənd və Səmərqənd şəhərlərində keçiriləcək "İslam Sivilizasiyası: Sülh, Tolerantlıq və Maarifçilik Yolu" mövzusunda I Beynəlxalq İslam Forumunda iştirakdır.
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təskilatının (ISESCO) Bas Direktoru Salim M. Al Malik və Özbəkistan İslam Sivilizasiyasi Mərkəzinin direktoru Firdavs Abdulxalikovun dəvəti ilə baş tutan səfər çərçivəsində silsilə tədbirlər nəzərdə tutulur.
XXI əsrdə həyata keçirilmis ən böyük humanitar va mədəni-maarif layihələrinden biri olan Özbəkistan İslam Sivilizasiyası Mərkəzində Forum, Səmərqənddə yeni Imam al-Buxari Memorial Kompleksinin açılışı, İmam əl-Buxari, İmam ət-Tirmizi və İmam al-Maturidi adına Beynəlxalq Tədqiqat Mərkəzləri ilə tanışlıq, bu şəxsiyyətlərin mənəvi, elmi və intellektual irsinə həsr olunmus 3 beynəlxalq konfrans və digər tədbirlər səfər proqramına daxildir.
Baxış sayı:130
Bu xəbər 04 İyul 2026 10:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















