Icma.az
close
up
RU
ALLAHVERDİ BAĞIROV: MƏN XANKƏNDİNDƏ ÖLƏCƏM

ALLAHVERDİ BAĞIROV: MƏN XANKƏNDİNDƏ ÖLƏCƏM

Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

BU DA ALLAHVERDİ BAĞIROVUN VERDİYİ İLK VƏ SON MÜSAHİBƏ

Bu yaxınlarda Milli Qəhrəman Allahverdi Bağırovun ad gününü qeyd eləmişdik, onun haqqında müəyyən maraqlı yazıları dərc etmişdik. Onda oxuculara söz vermişdim ki, Allahverdi Bağırovun vaxtilə bizə verdiyi kiçik müsahibəni dərc edəcəm. O müsahibəni də Allahverdi Bağırovdan  məktəb yoldaşı  Surxay Əlibəyli zorla almışdı. Yəni Surxayın xətrinə dəymək istəməmişdi.  Həmin müsahibə 1992-ci il fevralın 28-də qəzetimizdə dərc olunmuşdu. İndi həmin müsahibəni dərc edirik.

****

Ağdam Azərbaycanın Stalinqradıdır. Bir neçə nömrə əvvəl biz bu sözü elə-belə yazmamışdıq. Müharibə dövründə alman faşistlərinin burnu Stalinqradda ovulduğu kimi və almanların zəfər yürüşünə Stalinqradda son qoyulduğu kimi, erməni faşistlərinin də zəfər yürüşlərinə son nöqtə Ağdamda qoyulub. Bu danılmaz həqiqətdir ki, əgər ermənilər Ağdam cəbhəsini yara bilərlərsə, bütün Azərbaycanın erməni taunundan xilas olmağı çox çətindir. Bu gün həmin cəbhədə vuruşan oğullardan biri də Ağdam Xalq Cəbhəsinin  liderlərindən biri və ağsaqqalı Allahverdi Bağırovdur. Allahverdi hadisələr başlanandan canı ilə, qanı ilə müharibənin ön sıralarında gedir.

- Allahverdi bəy, şəxsən mənim ən çox sevmədiyim bir məsələ var, o da intizamsızlıq. Jurnalist aşıq kimi, gördüyünü çağırar. Döyüşçülər saqqallıdırlar, şəhərdə silahla gəzirlər, hətta bəzən əmrə də tabe olmurlar.

- Bu,  bizim döyüşçülərə aid deyil. Siz məni iyirmi ildən çoxdur tanıyırsız. Məni həmişə bir ağsaqqal kimi seviblər və sayıblar. Və mən özüm də çox gözəl bilirəm ki, hərbin birinci qanunu intizamdır. Bizim özünümüdafiə qüvvələrinin əksəriyyəti bütün intizama tabedirlər, amma onu da gizlətmirəm ki, ermənilərdə olan intizam, plan  və strategiya bizdə, bizdə deyəndə, yəni bütün Azərbaycan özünümüdafiə qüvvələrində yoxdur.

- Siz demək olar ki, hər gün döyüş əməliyyatlarında iştirak edirsiniz. Bunun uğurlusu da olur, uğursuzu da. Ölüm-itim də olur. Naxçıvanik uğrunda döyüşdə də müəyyən itkiniz olub.

- Bəli, həmin döyüşdə səkkiz nəfər itirmişik. Amma bu bizim günahımızdan deyil, erməninin güclü silahına və texnikasına qarşı bizim Xalq Cəbhəsinin uşaqları avtomatla vuruşurdular. Mən sizə deyirəm, avtomat bugünki döyüşdə quşatan kimidir. Həmin vaxt biz mühasirəyə düşdük. Nə qədər kömək çağırsaq da, səsimizə səs verən olmadı. Amma bizim əvvəlki danışığımızla lazımi anda bizə kömək gəlməliydi. Sözün düzü, Xalq Cəbhəsinin döyüşçülərinə bir qədər ögey gözlə baxırlar. Bu çox pisdir. Biz bu gün dəhşətli bir düşmənlə vuruşuruq. Burada ögey-doğmalıq olmamalıdır. Həmin gün biz səkkiz nəfər itirsək də,  döyüş tapşırıqlarını yerinə yetirdik. Naxçıvanikdən düşmənin digər tərəfinə kömək keçə bilmədi. Amma onu da deyim ki, Vətən bizə doğma baxandan sonra kim bizə ögey baxırsa-baxsın, biz son damla qanımıza kimi döyüşəcəyik. Bir ağdamlı kimi deyirəm, qardaşım Eldarın goruna and içirəm, Azərbaycanın bayrağını, bax, bu əllərimlə Xankəndinin ortasına sancacam.

- Bu günlərdə  ermənilərin girov apardığı iki körpə uşağı dəyişmisiniz. Ümumiyyətlə, əsgərlərin döyüşməsində xalq cəbhəsinin xüsusi əməyi var.

- Arvad-uşağı girov tutmaq kişilik deyil. Biz bunu  dəfələrlə hava əlaqəsi vasitəsilə ermənilərə də demişik və hələ ermənilər bircə fakt da göstərə bilməz ki, azərbaycanlılar arvad-uşağı girov tutub. Bunu yazaq hər kəsin öz kişiliyinə, öz qeyrətinə. Bu düzdür ki, əsirlərin dəyişilməsi prosesi adətən xalq cəbhəsinin üzərinə düşür. Amma digər təşkilatların, xüsusən hüquq-mühafizə orqanlarının zəhmətini də danmaq günahdır. Mən bu işdə Respublika Prokurorluğunun, eləcə də Ağdam rayon prokurorluğunun fəaliyyətini qeyd etmək istəyirəm.

- Soruşmaq pis çıxmasın, bəs, sizi kim maliyyələşdirir. Yeməyinizi, içməyinizi, geyiminizi kim verir?

- Əvvəla, Azərbaycanın bütün rayonları sağ olsunlar. İndicə elə siz şahidi oldunuz ki, Qobustan rayonunun camaatı, İsmayıllı rayonunun camaatı bizə xeyli lazımi vəsait gətiriblər. Amma mən Rəşid Məmmədovun, Nadir və Ağa İsmayılov qardaşlarının mərdliyini ayrıca qeyd etmək istəyirəm. Dörd ildir bu adamlar olub-qalanlarını, son manatlarını ermənilərlə mübarizəyə həsr eləyiblər. Bizim döyüşçülərin bütün yeməyi-içməyi, geyimi, eləcə də başqa məsələlər onların hesabınadır. Özü də təkcə bizim yox, Ağdamdakı digər özünümüdafiə qüvvələrinin də ərzaqla təminatı bu adamların şəxsi büdcəsi hesabınadır. Bunu onların özlərindən də soruşa bilərsiniz. 

- Allahverdi bəy, sizin fikrinizcə, bu müharibə nə vaxta qədər uzanacaq?

- Əgər ortada ögey-doğmalıq olarsa, əgər yenə də respublika rəhbərliyi qətiyyətsizlik göstərərsə və bir də özünümüdafiə qüvvələri ayrı-ayrılıqda düşmənə, özü də bir nöqtədən idarə olunan düşmənə qarşı mübarizə apararsa müharibə uzun çəkəcək. Yox, əgər hamısı bir yumruq kimi  birləşib vahid və eyni zamanda ağıllı  komandanlığa tabe olarsa və birgə mübarizə apararsa, biz tezliklə qalib gələ bilərik. Lap mən qələbə gününü də deyərəm. Özü də mən o qələbə gününə inanıram. Amma bunu kiçik bir sirr sayıb demirəm. 

- Qəzetimiz vasitəsilə nə demək istərdiniz?

- Dediyimi dedim. Axırıncı sözüm odur ki, Azərbaycanın bütün qeyrətli oğullarını Qarabağ uğrunda döyüşə səsləyirəm. Haydı qardaşlar, öləlim Vətən yolunda! Əgər bu gün Vətən yolunda ölməsək və ya ölməyi bacarmasaq, onda gələcək nəsil cəmdəyimizə tüpürəcək.  Amma ölsəm də, mən Xankəndində öləcəm.

Söhbəti yazdı: Surxay ƏLİBƏYLİ
28 fevral 1992-ci il

 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://adalet.az
archiveBu xəbər 23 May 2025 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see452

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see397

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see288

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see263

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see253

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see247

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see239

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see228

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see214

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see205

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see201

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see195

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see191

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see188

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see186

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see185

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see181

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see180

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see179

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri