Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

48 yaşımda öləcəm... Vaqif TANRIVERDİYEV yazır

48 yaşımda öləcəm... Vaqif TANRIVERDİYEV yazır

Adelet.az saytına istinadən Icma.az xəbər verir.

Ölüm özü də ikinci bir həyatdır...

YARIDA QIRILAN ÖMRÜN YADDAŞLARDA YAŞAYAN ŞERLƏRİ

-Ürəyimə damıb, 48 yaşımda bu dünyanı tərk edəcəm - bu fikri bir dəfə Gəncədə olarkən demişdi. Saç ustasının yanından çıxdıqdan sonra söylədi ki, usta işləyərkən güzgüdə sifətimin necə əridiyini gördüm, saçım su kimi axıb, sifətimi tuturdu, dedim bu da sonu... Amma tədricən özümə gəldim. Bilmirəm vəziyyətimi usta hiss elədimi, baxışlarında bir qəribəlik sezdim, amma mənə bir söz demədi. Mən də heç nə demədim, 48-i keçsəm, çox yaşayacam, bəlkə 100-ü də keçdim. ` İstedadlı mərhum şair Şamxal Rüstəmin sözləridir. 48-i keçdi, amma çox yaşamadı, bəlkə də həyatını necə gəldi yaşamasını, yaradıcılığa laqeydliyini, istedadını “qara pul” kimi xərcləməyini ürəyi ona bağışlamadı. Ölsəm də öldü deməyin mənə, Ölüm özü də ikinci bir həyatdır. Onun misrasıdır. Haqlı idi, yarımçıq ömrün poetik duyğuları qəfil güllə səsindən pərən-pərən olub, perik düşmüş quşlar kimi yaddaşlara “qonub”, yalnız xatrirələrdə yaşayır... Tələbə yoldaşı idik. İkinci kursdan bizə qoşuldu. Onun gəlişi tələbə həyatımıza, insani münasibətlərimizə, hətta təhsilimizin səviyyəsinə də təsir göstərdi. Təsadüflə başlayan münasibət bizim həyat tərzimizə, insanlara münasibətimizə, bəlkə də şəxsiyyət kimi məhz bu cür formalaşmağımıza da təsir etdi. Tələbə dünyamız Şamxalın şerlərində istedadla vəsf olunurdu:

Uçardıq Tellinin xəyallarıyla,

Vaqifin “Göy-göl”ü çətirlənərdi.

Göydə, durnaların ağ qatarıyla,

Ağappaq duyğumuz sətirlənərdi...

Bir vida qovrulur gözümdə dən-dən,

Bu vida nə qədər xatirə səsli...

Demək, bir fəsil də getdi ömürdən,

Ömrün qızıl fəsli – tələbə fəsli...

Yadımdadır, hələ o vaxtdan adlı-sanlı şairlər arasında hörmət sahibi idi. Hansının yeni bir şer kitabı nəşr olunurdu, böyük məmnuniyyətlə avtoqraf yazıb Şamxala da hədiyyə edirdi. Günlərin birində şair Töfiq Bayramın daha bir kitabı nəşr olunmuşdu, kitabın adı və nəşr ili yadımda deyil. Şamxala hədiyyə etdiyi kitaba qəribə də avtoqraf yazmışdı: Bir sözüm var, şair dostum Şamxala, Söylə neylər işıq salsa Şam Xala… Amma o şam, Şamxalın ömrünə işıq salmadı, yarımçıq ömür, nakam tale laqeydlik dumanına büründü. Buna tale neyləsin... Tələbə Şamxal Rüstəm çox istedadlı idi, ədəbi mühitdə hörmət qazanmışdı. Onda belə səmimi sözlər yazılmış avtoqraflı kitablar çox idi, ürək sözləri də bir az qeyri-adi təsir bağışlasa da, yüksək poeziya nümunələri idi… Bütün bunlar da onun istedadına, gələcək uğurlarına inam ifadə edirdi... Hələ tələbəlik illərində yazdığı “Tələbəyəm, mən zamanın tələbiyəm” şeri böyük səs -səda doğurdu. Ölkə televiziyası həmin şerdən rubrika ilə silsilə verilişlər hazırladı, qəzetlər tələbə həyatını bu rubrika ilə gündəmin başlıca mövzusuna çevirdilər. Sonra “Elə qəmli dayanma” şerinə yazılan mahnı dillər əzbəri oldu. Flora Kərimovanın ifasında həmin mahnı televiziyamızın qızıl fondunda saxlanılır. İlk vaxtlar bu mahnı oxunanda sözləri Süleman Rüstəmindir, deyirdilər. Bunu Süleyman Rüstəmdən soruşanda, xatırlamıram, ola bilsin, gənclikdə yazmışam, xatırlamıram, deyib. Səhvin səbəbi o idi ki, mahnı efirə gedəndə “Ş.Rüstəm” imzasını “S.Rüstəm” kimi başa düşüblər. “Gözləyirəm yolunu” o da Şamxal Rüstəmindir, oxunanda adını demirlər, amma biz tələbə yoldaşları bilirik. Fondda saxlanan xeyli mahnıları var. Mətbuatda ilk şeri 1972-ci ildə “Ulduz” jurnalında çıxdı. Onda ikincu kursun tələbəsi idi. O vaxt deyirdi ki, kitabım plana salınıb, bu yaxınlarda işıq üzü görəcək. Amma çıxmadı, niyə, o da müəmma olaraq qaldı. Yarımçıq bir ömür yaşadı. Səssizliyə çəkildi, necə yaşadı, nə vaxt həyata vida etdi, bilmədik. Özünə qapanan, dünyadan və sənətdən küskün Şamxalın ölüm xəbərini çox sonralar eşitdik. Bu gözlənilməz xəbər onu tanıyanlar üçün günəşli səmada ildırım kimi çaxdı. Ömür qismətdir. Bəlkə də bu yarımçıq ömür onun laqeydliyinin, istedadına “xəyanətinin” tale qisməti idi. Özünə, yaradıcılığına laqeydliyi haqqında o vaxt tələbə yoldaşımız Vaqif Bəhmənlinin danışdığı bir əhvalat yadımdadı. Deyir Bakıya leysan bir yağış yağmışdı. Yağışdan sonra Şamxalın kirayənişin qaldığı evə gedəsi olduq. Otağa daxıl olanda qarşılaşdığım mənzərədən çaşıb qaldım, bir müddət don vurmuş adam kimi dilim söz tutmadı. Evin tavanının bir yerindən yağış dammış, onun şerləri yazılmış vərəqləri tamamilə məhv etmişdi. Mən dözmədim, acı təəssüf hissi yaşadım, onun sifətində isə qəribə bir təbəssüm vardı ... O böyük istedad sahibinin bir şerlər kitabı da çıxmadı, bəlkə də kitab nəşr etdirmək heç yadına da düşmədi. Yalnız bir dənə uşaq şerlərindən ibarət kitabı nəşr olundu. Amma onun şerləri hafizələrdə qaldı, dillər əzbəri oldu. Onu qeyd edim ki, çox sonralar , təxminən 50 illik susqunluqdan sonra onun Şəmkirin Dəllərcəyir qəsəbəsində qonşusu olmuş şair-jurnalist Məhərrəm Vüqarlının və Vasif Süleymanın Şamxalın mətbuatda işıq üzü görən, dostların və poeziyasevərlərin yaddaşında “yaşayan” şerlərini toplayıb kitab halına saldılar. Həmin kitab 2022-ci ildə “Qanun” nəşriyyatında işıq üzü gördü. Şamxaldan qalan hələ sağlığında ikən nəşr edilən uşaq şerləri kitabı və ölümündən çox sonra, dostlarının təşəbbüsü və qayğısı ilə işıq üzü görən şerlər toplusudur. Yaddaşlarda isə tələbə dostlarının, onu sevən, xatirəsini əziz tutanların xatirələri və qəribə əhvalatlardır. Tələbəlik illərində Bakıda kvartirant kimi yaşadığımız evin yaxınlığında bir aptek vardı və orda yeniyetmə, çiçək kimi incə, zərif bir qız işləyirdi. Rəhmətlik Şəmxal hər dərsə gedəndə yolunu Sarayın yanındakı o aptekdən salar, dərman istəyi ilə qızla söhbətdən, onun zərifliyi və məsumluğundan ləzzət alardı. “Qoca tələbələrdən” çox gənc olan bu qızın səmimiyyəti, günəşli göy üzü kimi aydın, işıqlı siması, gülər gözləri şair dostumuza ləzzət verərdi. O şəkili qıza zarafatyana bir şer də yazmışdı. Gözəl poeziya nümunəsi idi. Təəssüf ki, həmin şerin bircə bəndi yadımda qalıb.

Əczaçı qız göylər yaman qaradır,

Varındısa günəş nuru ver bir az.

Ərzi sənin barmağınmı fırladır,

Çək əlini qoy dayansın yer bir az..

Həmin şeri o qıza da bağışladı. Oxudu, qanadı olsaydı uçardı. Qəribədir, görəsən həmin şerin mətni o qızda qalırmı... Çətin, Şamxalın şerləri də onun taleyi kimi yarımçıq tale yaşadı, o şerlər təsadüfən qırılan təsbeh “muncuqları” kimi darmadağın oldu ... İndi hardadı, kimdədi o şerlər... Allah Şamxal Rüstəmə rəhmət eləsin. Yarımçıq, xəstəhal keçsə də çal-çağırlı poeziya ilə qol-boyun bir ömür yaşadı. Əslində belə demək də düzgün deyil, bu dünyanı erkən tərk etdi. Yaşamı hay-həşirli, gedişi səssiz-səmirsiz oldu. Nə qədər yazılmamış şer qaldı, nə qədər dost görüşü tufana düşdü. Sən saydığını say, gör fələk nə sayır. Fələyin qisməti də belə... Hələ sağlığında Şamxal haqqında düşünəndə həmişə bir şeri tale yazısı kimi məni düşündürüb:

Yetməmişəm çətində çox doğmamın dadına,

Çoxunu unutmuşam, çoxu gəlmir yadıma.

Bir quzu kəsilibmiş doğulanda adıma,

Bircə biləydim məni kimin qarğışı tutdu.

Hər çiçəyi, hər gülü leysan yağışı tutmaz,

Xata hər ömrü tutmaz, bəla hər başı tutmaz.

Süd əmmişəm döşündən, ana qarğışı tutmaz,

Bircə biləydim məni kimin qarğışı tutdu...

“Döşündən süd əmmişəm, ana qarğışı tutmaz,”deyirdi, sonra da özündən soruşurdu, görən kimin qarğışı tutdu, məni...Amma yarıda qırılan həyat, bada verilən ömür-gün Yaradanın ona səxavətlə verdiyi böyük ürəyin ah-fəğanı idi, ondan belə qisas aldı...

Bir şerində yazır:

...Dünyaya gəlişim ağ günə düşüb,

Siz məni heç nəyə tələsdirməyin...

Və bitirir:

Vaxtında gəlibdi ürəyə ağrı,

Saçımın dəni də vaxtına düşüb.

Taledən hərəyə bir pay düşəndə,

Mənim də gecikmək baxtıma düşüb-

Siz məni heç nəyə tələsdirməyin... Tələsmədi də, heç nəyə, heç yerə tələsməyən Şamxal ölümünə tələsdi.

Yaşamı hay-həşirli, gedişi səssiz-səmirsiz oldu. Bu yaşda Şamxala ölüm yaraşmırdı. Nə qədər yazılmamış şer qaldı, nə qədər dost görüşü tufana düşdü. Sən saydığını say, gör fələk nə sayır. Fələyin qisməti də belə... Ondan nə qaldı ? Bir dostların, şersevərlərin yaddaşılna yaşılan səmimi şer nümunələri, uşaqlar üçün yazdığı şerlər toplusu, bir də vəfatından çox-çox sonralar dost qayğısının əks-sədası kimi əziyyətlə toplanıb işıq üzü görən bir kitab ... Bizlərdən biri bu dünyanı ondan tez tərk etsəydi, Şamxal xatirə yazardı, özü də necə yazardı, daxilən təmiz, saf olanların qələmi də saflığa, təmizliyə işləyər. O getdi, əvvəlcə ədəbi mühitdən, dost-tanışdan, sonra da həyatdan... Allahın işidir. Tələbə dostlarımız, onu tanıyanlar ürək sözlərini bölüşürlər. Mən də yaddaşa söykəli bəzi məqamları yazdım. Şamxalın ruhu bağışlasın, çünki onu, həyatını və yaradıcılığını tərənnüm etmək hər adamın işi deyil.. Xatirələr çoxdu ...Nə isə... Belə xatirələr kimdə varsa qoy yazsın, bəlkə toplanıb bir kitab oldu, onun haqqında sağlığında nəşr olunmayan daha bir kitabı...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://adalet.az
archiveBu xəbər 22 Fevral 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see638

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see331

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see319

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see232

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see229

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see228

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see226

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see220

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see216

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see212

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see212

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see212

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see211

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see209

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see208

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see206

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see205

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see205

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see204

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri