Icma.az
close
up
RU
Almaniya Azərbaycan əlaqələri bir çox istiqamətlərdə müsbət dinamika ilə inkişaf edir Yeni Gündəm

Almaniya Azərbaycan əlaqələri bir çox istiqamətlərdə müsbət dinamika ilə inkişaf edir Yeni Gündəm

Yenigundem portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Almaniya Azərbaycanın Avropada vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Ölkələrimiz arasında iqtisadi əlaqələr yüksək səviyyədədir. Eləcə də, Azərbaycan Almaniya üçün Cənubi Qafqazda ən vacib iqtisadi partnyordur, tərəflər bu bölgədə icra olunan bir çox strateji layihələrdə birgə təmsil olunub. Almaniya Prezidentinin ölkəmizə rəsmi səfəri zamanı qarşılıqlı əlaqələrin inkişafı diqqət mərkəzində olub.

Bu fikirləri “Yeni Gundem”-ə açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

O bildirib ki, Azərbaycan Almaniyanın enerji təminatında mühüm rol oynayan ölkələrdən biridir. Ötən 20 ildə bu ölkəyə neft ixracı sayəsində Almaniyanın enerji-yanacaq kompleksi xeyli inkişaf edib. Bu reallıqları nəzərə alan Almaniya ölkəmizin yürütdüyü enerji siyasətini, o cümlədən Avropa İttifaqının neft və qazla təminatında oynadığı mühüm rolu yüksək dəyərləndirərək respublikamızı etibarlı və sadiq təchizatçı adlandırır, eyni zamanda, Azərbaycanın 2027-ci ilə qədər təbii qazın təchizat həcmini Avropa İttifaqı bölgəsində ən azı iki dəfə artırmaq planlarını, habelə Avropa coğrafiyasında yeni enerji kollektorlarının şaxələnməsində göstərdiyi iradəni alqışlayaraq region üçün nümunəvi siyasət hesab edir.

Deputatın sözlərinə görə, Azərbaycanın coğrafi yerləşməsi elədir ki, ölkəmiz Şərqlə Qərb arasında təbii körpü rolunu oynayır. Tarixən Azərbaycanın ərazisindən müxtəlif istiqamətlərə işlək karvan yolları olub və bu yollarla yüklər daşınıb, insanlar səyahətlərə çıxıblar. Lakin bu gün respublikamızın Avrasiyada önəmi yalnız əlverişli təbii-coğrafi yerləşməsi ilə məhdudlaşmır. Müstəqillik dövründə, xüsusilə də son 20 ildən artıq müddətdə Prezident İlham Əliyevin səyləri ilə Azərbaycanın böyük həcmlərdə investisiya qoyuluşu hesabına yaratmağa nail olduğu müasir yol-nəqliyyat infrastrukturu respublikamızın Şərqlə Qərb arasında tranzit daşımaları üçün önəmini əhəmiyyətli dərəcədə artırıb. Hazırda ölkəmiz Avrasiyada çox mühüm nəqliyyat-logistika habı qismində çıxış edir. Eyni vaxtda iki beynəlxalq marşrutun – Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin Azərbaycanın ərazisindən keçməsi ölkəmizə böyük üstünlüklər qazandırır. Respublikamız hər iki dəhlizin funksionallığının artmasına, tərəfdaşlarla fəaliyyətlərin uzlaşdırılmasına və tariflərin optimallaşdırılmasına, hüquqi bazanın təkmilləşdirilməsinə güclü siyasi iradə göstərir. Təhlükəsizlik mühiti, uzunmüddətli sabitlik, rahat infrastruktur, dəhlizlərin bir-birinə inteqrasiya edilməsi, quru və su yolları ilə daşımaların mümkünlüyü ölkəmizə marağı və inamı artırır.

Fatma Yıldırım qeyd edib ki, hazırda qarşılıqlı ticarətin həcmlərinin daha da artırılması üçün əlavə səylər göstərilir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, təkcə bu ilin yanvar-fevral aylarında bizim ticarət dövriyyəmiz təxminən üç dəfə artıb və buna neft ixracı daha çox təsir göstərib. Gələcək illərdə ticarət dövriyyəsinin şaxələndirilməsi ilə bağlı daha fəal addımlar atılması nəzərdə tutulur. Azərbaycan hazırda enerji siyasətində yeni gündəlik müəyyən edib, “yaşıl enerji” ehtiyatlarının Xəzər-Qara dəniz-Avropa kabeli ilə Aİ bölgəsinə çatdırılması istiqamətində səylərini davam etdirir. Bu siyasət Azərbaycan ilə Avropa İttifaqı, o cümlədən Almaniya arasında bərpaolunan enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsində yeni mərhələ deməkdir.

“Beləliklə, Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana rəsmi səfəri iki ölkənin etibarlı tərəfdaşlığının hərtərəfli və yüksələn xətlə inkişafının əyani göstəricisidir. Bu səfər bütün sahələr üzrə, xüsusilə iqtisadiyyatın bir çox bölmələrində əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcək, gələcək inkişaf üçün böyük perspektivlər açacaq”, – deyə F.Yıldırım vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 05 Aprel 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see263

Nəsə olsa varlılar yox, siz kasıblar öləcəksiniz Video

03 Oktyabr 2025 10:52see204

Onlara qarşı əsassız və haqsız ittihamları qəbul etməyəcəyəm”

02 Oktyabr 2025 18:06see149

Nura Surinin anası qazi imiş FOTO

03 Oktyabr 2025 00:20see144

Xalq artisti Tünzalə Ağayeva “Best of Aygun” layihəsində VİDEO

03 Oktyabr 2025 19:21see134

Bu ölkədə sinəsinə silikon edən qadınlara AĞIR CƏZA KONKRET

03 Oktyabr 2025 00:37see133

MDB Oyunları: Bu gün güləş və karate yarışlarına start veriləcək

03 Oktyabr 2025 08:12see131

Yer getdikcə qaranlıqlaşır: Alimlər səbəbini açıqladılar

03 Oktyabr 2025 03:37see127

HƏMAS üçün alternativ yol qalmayıb ŞƏRH

02 Oktyabr 2025 18:33see127

Tez tez boranı yeməyin orqanizmə 5 faydası

03 Oktyabr 2025 01:01see125

Maarifləndirici sosial verilişlər təşkil olunmalıdır SOSİOLOQ DANIŞDI

03 Oktyabr 2025 09:57see124

Polkovnik yeni generaldan yazdı: “Atası...”

02 Oktyabr 2025 18:04see124

Uitaker Alyans ölkələrindən Rusiya qazını almamağı istəyib...

02 Oktyabr 2025 21:07see124

UEFA Çempionlar Liqasının formatı dəyişir

03 Oktyabr 2025 23:56see123

Xalq artisti Hacıbaba Bağırovun vəfatından 19 il ötür

04 Oktyabr 2025 09:36see122

Türkiyənin energetika naziri: “Rusiya nefti ilə bağlı qərarı şirkətlər özləri verir”

03 Oktyabr 2025 20:50see121

Fransa klubunun qapıçısını 20 ilədək həbs gözləyir

04 Oktyabr 2025 04:23see118

Alzheimerin müalicəsində yeni üsul kəşf olundu

04 Oktyabr 2025 07:07see117

Yaponiya hakim partiyanın yeni sədrini seçəcək

04 Oktyabr 2025 05:22see117

Polis sinaqoqa hücumda ölənlərdən birini səhvən güllələyib

03 Oktyabr 2025 15:35see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri