Icma.az
close
up
RU
Təhsilimiz gündən günə daha da bataqlığa doğru gedir İlham Əhmədovdan deputata DƏSTƏK

Təhsilimiz gündən günə daha da bataqlığa doğru gedir İlham Əhmədovdan deputata DƏSTƏK

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Milli Məclisin komitə sədri Siyavuş Novruzov parlamentin bugünkü iclasında şagirdlərin imtahanlarının çoxluğundan şikayətlənib. Deputat qeyd edib ki, uşaqların dərs və imtahanlarla yanaşı asudə vaxtlarını səmərəli keçirməyə, idmanla məşğul olmağa və s. imkanları olmalıdır.

İmtahanların sayı azaldılmalıdırmı?

Təhsil eksperti, dosent İlham Əhmədov Redaktor.az-a açıqlamasında bildirdi ki, Siyavuş Novruzovun sözündə həqiqət var.

Müsahibimizin sözlərinə görə, təhsil sistemində, xüsusən orta məktəbdə proseslər elə qurulub ki, şagirdi həm həddindən artıq yükləyirlər, həm də proseslər çox səmərəsiz olur:

"Aşağı balla universitetə daxil olurlar. İntellektual inkişaf olmur, ancaq əzbərçilik olur. Uşaqlar həddindən artıq psixi gərginlikdə olurlar, repetitor yanında tükənirlər. Müəyyən qədər dərslərdə də vaxt itirirlər və ona görə də nə musiqi ilə, nə idmanla, nə rəsmlə, nə də digər maraqlı məşğələlərlə, əyləncələrlə məşğul ola bilmirlər. Amma insan inkişafı üçün bunların hamısı vacib amillərdir. Mən düşünürəm ki, ilk növbədə kölgə təhsili ləğv olunmalıdır. Məktəb öz normal funksional fəaliyyətini bərpa etməlidir. Altı saat uşaq məktəbdə dərs keçməlidir, gəlib evdə dərslə məşğul olmalıdır, əlavə vaxtında da idmana, musiqiyə, rəssamlığa, kompüter kursuna və digər əlavə məşğələlərə gedə bilər. Bu, həm onun harmonik inkişafına, həm şəxsiyyət kimi formalaşmasına, həm də ölkədə insan kapitalının formalaşmasına kömək edə bilər".

Ekspert vurğuladı ki, bizdə artıq 25-30 ildir repetitorluq bütün təhsil sistemini, məktəbi iflic edib.

"Uşaqlar universitetə gələndə artıq repetitor yanında tükənmiş olurlar. Onların normal istirahəti, yuxu rejimi, qidalanma rejimi olmayıb, yollarda - o müəllimin evinə, bu müəllimin evinə gediblər. Çox süni şəkildə maneələr yaradılıb. Amma məktəb normal işini bərpa etsə, normal dərsliklər olsa, uşaqlar özləri, hətta müəllimin dəstəyi olmadan müstəqil şəkildə oxuyub öyrənə bilsinlər. Bu gün nə qədər böyük texnoloji imkanlar var: internet üzərindən materiallar əldə etmək, video dərslərə qulaq asmaq, süni intellektlə, ChatGPT ilə bilmədiyi suallara cavablar tapmaq və s. Bunların hamısını səfərbər edib uşaqları bu repetitorluq davasından xilas etmək, onların fiziki, fizioloji, intellektual, zehni inkişaf problemlərini həll etmək lazımdır. Bizim ölkədə bu sahədə problemlər var. Bunlar elmi bazada təhlil olunmalı, araşdırılmalı, təkliflər verilməlidir. Maraqlı budur ki, parlamentdə yaxşı təkliflər verilir, amma Təhsil Nazirliyi nə ekspertlərin, nə mütəxəssislərin, nə də parlamentin verdiyi təkliflərin heç birini eşitmək istəmir, heç nəyə əməl etmir, gündən-günə də təhsilimiz daha da bataqlığa doğru gedir", - deyə İlham Əhmədoc vurğuladı.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 Fevral 2026 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see619

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see251

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see230

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see227

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see210

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see208

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see186

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see183

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see178

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see167

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see163

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see152

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see147

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see145

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri