Icma.az
close
up
RU
Bakının soyuq və ağıllı dayanacaqları: Kondensionerləri də işləmir FOTO

Bakının soyuq və ağıllı dayanacaqları: Kondensionerləri də işləmir FOTO

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Soyuq qış günlərində bəzi “ağıllı" dayanacaqlarda kondisioner sistemlərinin işləməməsi sərnişinlərin narahatlığına səbəb olur. 

Halbuki yüksək büdcə ilə quraşdırılan bu dayanacaqlar məhz sərnişinlərə komfortlu şərait yaratmaq məqsədi daşıyırdı. Lakin mövcud vəziyyət göstərir ki, texniki nasazlıqlar və xidmət problemləri hələ də tam aradan qaldırılmayıb.

Dayanacaq pavilyonlarında yerləşdirilən elanlarda “yaranmış nasazlıqla bağlı qeyd olunan nömrəyə məlumat verin” çağırışı diqqət çəkir. Bu isə sistemin tez-tez sıradan çıxdığını və məsul qurumların problemi sərnişinlərin müraciətləri əsasında həll etməyə çalışdığını göstərir.

Bəs “ağıllı dayanacaqların” niyə texniki vəziyyətinə nəzarət zəifdir?

Mövzu ilə bağlı "Cebheinfo.az”-a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, Bakı şəhərində 30-dan çox smart tipli avtobus dayanacaq pavilyonu quraşdırılıb: 

“Gələcəkdə bu cür dayanacaqların sayının artırılması nəzərdə tutulmur. Əvəzində AYNA tərəfindən vətəndaşlara rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə yeni dayanacaq pavilyonları quraşdırılaraq istifadəyə verilir.  

AYNA tərəfindən smart tipli pavilyonlara nəzarət məqsədilə dövri texniki baxışlar həyata keçirilir. Eyni zamanda, vətəndaşlardan daxil olan müraciətlər əsasında da operativ araşdırmalar aparılır, bütün nöqsan və çatışmazlıqlar aradan qaldırılır”. 

O qeyd edib ki, ümumiyyətlə, paytaxt ərazisindəki bütün dayanacaqlarla bağlı mütəmadi olaraq monitorinqlər aparılır:

“Müxtəlif zamanlarda kənar müdaxilələr nəticəsində pavilyonun konstruksiyaları və elementləri zədələnir və sıradan çıxarılır, bəzi hallarda isə müxtəlif şəxslər tərəfindən məqsədli şəkildə əmlaka ziyan vurulur.  Dövlət əmlakına ziyanın vurulması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət də olunur”.

Gülər Həsənli
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Fevral 2026 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see619

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see251

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see230

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see227

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see210

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see208

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see186

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see183

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see178

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see167

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see163

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see152

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see147

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see145

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri