Icma.az
close
up
RU
Almaniya bir gündə 1000 nəfərə yaxın yaralı hərbçini qəbul etməyi planlaşdırır

Almaniya bir gündə 1000 nəfərə yaxın yaralı hərbçini qəbul etməyi planlaşdırır

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 22 sentyabr, AZƏRTAC

Almaniya Silahlı Qüvvələri NATO ilə Rusiya arasında genişmiqyaslı münaqişə baş verəcəyi təqdirdə bir gündə minə yaxın yaralı hərbi qulluqçunun necə müalicə ediləcəyinə dair plan hazırlayır. Bu, həmçinin Alyansın Rusiyanın 2029-cu ildən etibarən hücuma başlaya biləcəyi barədə uzun müddətdir səsləndirdiyi xəbərdarlıqlar fonunda gündəmə gətirilir.

AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, Moskva Qərb hərbi alyansı ilə müharibəyə hazırlaşdığına dair bütün fərziyyələri rədd edib. Bununla belə, Rusiya təyyarələrinin və pilotsuz aparatlarının NATO ərazisinə son müdaxilələri eskalasiya ilə bağlı narahatlıqları artırıb.

Almaniyanın baş hərbi həkimi Ralf Hoffman bildirib ki, potensial münaqişədə yaralı hərbçilərin sayı döyüşlərin intensivliyindən və iştirak edəcək hərbi hissələrdən asılı olacaq.

“Real olaraq, söhbət gündə təxminən 1000 yaralı hərbi qulluqçudan gedir”, – deyə o, “Reuters”ə müsahibəsində vurğulayıb.

Avropa hərbçiləri, o cümlədən onların tibbi xidmətləri Rusiya-Ukrayna müharibəsindən sonra Moskva ilə mümkün toqquşmaya hazırlığı gücləndiriblər. Almaniya da Ukraynadakı müharibədən çıxarılan dərsləri nəzərə alaraq tibbi hazırlığını daim təkmilləşdirir.

Hoffman qeyd edib ki, yaralı hərbçilərin daşınması üçün çevik nəqliyyat variantlarına ehtiyac var. Onun sözlərinə görə, Ukrayna artıq hospital-qatarlardan istifadə edir. Məhz buna görə Almaniya ordusu hospital-qatarları və avtobuslardan istifadənin, həmçinin hava yolu ilə tibbi evakuasiyanın genişləndirilməsinin mümkünlüyünü nəzərdən keçirir. Yaralılara ilkin tibbi yardım ön cəbhədə göstəriləcək, daha sonra onlar əsasən mülki xəstəxanalarda müalicə olunmaq üçün Almaniyaya göndəriləcək.

Onun hesablamalarına görə, xəstəxana çarpayılarına tələbat təxminən 15 min olacaq, halbuki Almaniya xəstəxanalarının ümumi tutumu 440 min çarpayı təşkil edir. Həmçinin, 15 min nəfərlik şəxsi heyəti olan Almaniya Silahlı Qüvvələrinin Tibbi Xidməti gələcək tələbatı qarşılamaq üçün genişləndiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:265
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Sentyabr 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri