Icma.az
close
up
RU
Almaniya bu il iqlim hədəfinə nail olmamaq riski ilə üzləşib

Almaniya bu il iqlim hədəfinə nail olmamaq riski ilə üzləşib

Icma.az bildirir, Azertag portalına istinadən.

Berlin, 28 avqust, AZƏRTAC

Bu ilin birinci yarısında Almaniyada emissiyanın həcmi cüzi - 7 milyon ton CO₂ ekvivalenti azalıb. İstilik və nəqliyyat üçün elektrikləşdirmə sahəsindəki uğurlar iqlim balansına müsbət təsir göstərsə də, azalmanın əksəriyyəti böhran və qiymət dalğalanmaları ilə bağlıdır. Emissiyalar ilk altı ayda olduğu kimi, inkişaf etməyə davam edərsə, Almaniya 2026-cı ildə ilk dəfə təyin olunmuş iqlim hədəfinə çatma imkanını əldən verə bilər.

AZƏRTAC xəbər verir ki, bu, “Agora Energiewende” beyin mərkəzinin ilkin məlumatında əksini tapıb.

Məlumata əsasən, iyunun sonunadək Almaniyada emissiyanın həcmi təxminən 327 milyon ton təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7 milyon ton - 2 faiz azalma deməkdir. Azalmanın əsas səbəbi Hörmüz boğazının bağlanması nəticəsində neftin və qazın qiymətlərinin kəskin artması ilə qazıntı yanacağının qiymətlərində yaranan böhrandır. Nəticədə ilin birinci yarısında istehsal sektorunda fəaliyyət, yollarda yük maşınlarının hərəkəti azalıb, yüngül istilik yanacağının satışı kəskin aşağı düşüb. Eyni zamanda, istilik nasosları və elektrik avtomobillərinin yeni satış rekordları qırması Almaniyanın iqlim balansına müsbət təsir göstərib. Mərkəzin hesablamalarına görə, münaqişənin başlamasından bəri xam neft və təbii qaz idxalı ilə bağlı əlavə xərclər təxminən 7,4 milyard avro təşkil edir.

Qeyd edək ki, İqlim Mühafizəsi Qanununa görə, Almaniyanın 2026-cı il üçün emissiya həddi 625 milyon ton CO₂ ekvivalenti müəyyən edilib. “Agora Energiewende”nin ilk proqnozu göstərir ki, hazırkı azalma sürəti davam edərsə CO₂ emissiyaları 2025-ci illə müqayisədə ümumilikdə 13 milyon ton azalacaq. Halbuki 2030-cu il iqlim hədəfinə çatmaq üçün azalma ildə təxminən 40 milyon ton təşkil etməlidir. Almaniyanın 2030-cu ilədək emissiyanı 1990-cı illə müqayisədə 65 faiz azaltmağı qarşıya məqsəd qoyduğunu nəzərə aldıqda bu hədəfə çatmaq üçün növbəti illərdə emissiya daha sürətli azaldılmalıdır.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Avqust 2026 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see393

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see369

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see310

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see289

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see285

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see278

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see267

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see260

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see259

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see246

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see233

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see230

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see227

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see225

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see225

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see222

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see218

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see213

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see213

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri