Almaniya da Amazon cəzalandırldı 59 milyon avroluq cərimə ilə
Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.
Dünyanın əksər inkişaf etmiş ölkələrində böyük şəbəkəyə malik olan Amerikanın nəhəng elektron ticarət platforması "Amazon" Almaniyada cəzalandırılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Almaniya Federal Kartel Ofisi (Bundeskartellamt) açıqlama yayıb.
Qeyd edilib ki, "Amazon" öz platformasındakı üçüncü tərəf satıcılarının qiymətlərini qeyri-şəffaf mexanizmlər vasitəsilə gizlədib və bu, fakt aşkarlanıb: "Almaniyada onlayn satışların təxminən 60 faizinə nəzarət edən "Amazon" üçüncü tərəf satıcılarının qiymətlərini yüksək hesab etdikdə, məhsulları platformasından çıxarıb və ya onların görünməsini bloklayıb. Bu səbəbdən platforma 59 milyon avro cərimələnib".
Almaniya Federal Kartel Ofisinin rəhbəri Andreas Mundt bildirib ki, "Amazon" rəqiblərinin qiymətlərini manipulyasiya etməklə bazar gücündən sui-istifadə edə bilməz.
"Amazon" şirkəti isə qərara etiraz edib. Bildirilib ki, qərardan şikayət veriləcək.
Lamiyə
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 05 Fevral 2026 18:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















