Almaniya Futbol Federasiyasının üzvlərinin sayı 8 milyonu ötüb
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Berlin, 10 iyul, AZƏRTAC
Almaniyanın futbol tarixində yeni rekord qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, Almaniya Futbol Federasiyası (DFB) üzvlərinin sayının ilk dəfə olaraq 8 milyonu keçdiyini açıqlayıb. Bu rəqəm ötən illə müqayisədə 3,86 faiz artıb.
Ən böyük artım 16 yaşadək qızlar arasında qeydə alınıb. Bu yaş qrupunda üzvlərin sayı 9 faiz artıb. 2021-ci illə müqayisədə federasiyaya təxminən bir milyon nəfər üzv olub.
DFB, həmçinin ölkədə fəaliyyət göstərən hakimlərin sayında da artım olduğunu bildirib. Son on ildə ilk dəfədir ki, 60 min nəfərdən çox hakim aktiv fəaliyyət göstərir. Qadın hakimlərin nisbəti dəyişməyərək 4,5 faiz olaraq qalsa da, üzvlər arasında qadınların və qızların payı artmaqdadır.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 10 İyul 2025 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















