Almaniya hərbi kontingentini artırır
Icma.az, Newscenter.az saytına istinadən bildirir.
Bundesverin (Almaniya Silahlı Qüvvələri) döyüş hazırlığının artırılması tədbirləri çərçivəsində ölkənin quru qüvvələrinə səkkiz yeni batalyon əlavə olunacaq.
Newscenter.az TASS-a istinadən xəbər verir ki, bu bölmələrin yaradılması münasibətilə Münsterdə (Aşağı Saksoniya) təxminən 400 hərbçinin iştirakı ilə mərasim keçirilib. Lakin, gözləntilərin əksinə olaraq, Almaniyanın müdafiə naziri Boris Pistorius tədbirdə iştirak etməyib.
Quru Qoşunlarının Müfəttişi (Komandanı), general-leytenant Kristian Freydinq formalaşma mərasimində bildirib ki, biz sülhü və azadlığı qorumaq və lazım gələrsə, onları uğurla müdafiə etmək üçün hər gün daha da güclənmək istəyirik.
Səkkiz yeni hərbi hissədən altısı ərazi müdafiə batalyonlarıdır və onlara limanları, hava limanlarını, körpüləri, dəmir yolu xətlərini, enerji obyektlərini və rəqəmsal şəbəkələri qorumaq tapşırılıb. Bu bölmələrin əhəmiyyətli bir hissəsi mülki sektorda çalışan ehtiyatda olan əsgərlərdən ibarət olacaq.
Yeni bölmələr Fürstenfeldbruk (Bavariya), Siqmarinqen (Baden-Vürtemberq), Münster (Şimali Reyn-Vestfaliya), Fridberq (Hessen), Kusel (Reynland-Pfalts) və Trollenhagen (Meklenburq-Ön Pomeraniya) şəhərlərində yerləşdirilib. Münsterdə keçirilən mərasimdə batalyon komandirlərinə döyüş bayraqları təqdim edilib. Yaxın aylarda batalyonların şəxsi heyət və avadanlıqla gücləndiriləcəyi və hər birinin bir neçə yüz nəfərə çatacağı gözlənilir.
Anar
Bu mövzuda digər xəbərlər:Almaniya Litvada hərbi kontingentini artıracaq
23 Yanvar 2025 16:42
Almaniya hərbi büdcəsini artırır
24 İyun 2025 15:20
Almaniya hərbi büdcəsini iki dəfə artırır
29 İyul 2025 08:02
KİV: Almaniya təhlükəsizlik səbəbilə İraqdakı kontingentini azaldıb
05 Fevral 2026 04:55
Almaniya qoşun sayını artırır KONKRET
06 İyun 2025 10:07
Baxış sayı:65
Bu xəbər 19 Noyabr 2026 18:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















