Ramiz Məmmədov Xankəndidəki qələbədən danışdı: “Tək sevinən biz deyildik”
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Karvan-Yevlax”ın baş məşqçisi Ramiz Məmmədov Azərbaycan Birinci Liqasının 8-ci turunda “Xankəndi” üzərində qazandıqları 2:0 hesablı qələbəni dəyərləndirib.
İdman.Biz xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında yenilənmiş Xankəndi şəhər stadionunda yaşanan atmosferdən və komandasının çıxışından danışıb.
“Xankəndinin yenilənmiş stadionunda ilk oyun keçirildi. Qələbə qazanan tərəf olsaq da, tək sevinən tərəf biz deyildik. Bu gün Xankəndi stadionunda əsl bayram ab-havası var idi. Futbolçular verilən tapşırıqların öhdəsindən layiqincə gəldilər”, - deyə Məmmədov bildirib.
Qeyd edək ki, “Karvan-Yevlax”ın qollarını İbrahim Əliyev və Obicon Onyeka vurublar. Yevlax təmsilçisi qələbə sayəsində xallarının sayını 16-ya çatdıraraq turnir cədvəlində üçüncü pilləyə yüksəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 19 Noyabr 2026 18:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















