Madonnadan pərəstişkarlarına sürpriz
Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Madonnanın pərəstişkarlarını müğənninin karyerasının ən diqqətçəkən dövrlərindən birinə aparacaq yeni fotoalbom hazırlanır.
Kulis.az xəbər verir ki, “Madonna Into the Groove: An Intimate Portrait of the Queen of Pop” adlı nəşrdə fotoqraf Ken Reqanın 1985-ci ildə çəkdiyi, indiyədək ictimaiyyətə təqdim olunmayan kadrlar yer alacaq.
Fotolar müğənninin dünya şöhrətini qazandığı ilk illərdəki gündəlik həyatını, səhnədən kənar anlarını və şəxsi mühitini əks etdirir.
Kitabın 160 səhifədən ibarət olacağı bildirilir. Nəşrdə fotolarla yanaşı, musiqi jurnalisti Tomas Mierin Madonnanın həmin dövrdəki yaradıcılığı və pop-mədəniyyətə təsiri haqqında yazısı da yer alacaq. Bu fotoların əhəmiyyəti yalnız məşhur müğənninin arxivindən gəlməsində deyil. Onlar 1980-ci illərin pop estetikasını, Madonna fenomeninin necə formalaşdığını və müğənninin səhnədən kənarda necə göründüyünü anlamaq üçün də maraqlı materialdır.
Baxış sayı:125
Bu xəbər 24 Noyabr 2026 10:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















