Rusiya dronu Polşanın hava məkanını pozdu
Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya dronu gecə saatlarında Ukraynanın qərb vilayətlərinə qarşı həyata keçirilən kütləvi hava hücumu zamanı Polşanın hava məkanını pozub.
Gununesi.info xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı məlumat yayıb.
Hərbi komandanlıq Rusiyanın Ukrayna ərazisindəki obyektlərə zərbələri ilə əlaqədar Polşanın hava hücumundan müdafiə qüvvə və vasitələrini döyüş hazırlığına cəlb etdiyini bildirib:
Komandanlıq vurğulayıb ki, bu tədbirlər qabaqlayıcı xarakter daşıyır və Polşanın hava məkanının, xüsusilə təhlükə altında olan ərazilərlə həmsərhəd bölgələrin qorunmasına yönəlib.
Ardınca Operativ Komandanlıq bəyan edib ki, Rusiyanın Ukraynanın qərb vilayətlərinə hücumu zamanı dronlardan biri Polşanın hava məkanını pozub. Vəziyyət nəzarətdə saxlanılıb, hətta obyektin məhv edilməsinə icazə verilib. Amma dron istiqamətini dəyişdikdən sonra silah tətbiq etməmək qərara alınıb.
Komandanlıq izah edib ki, pilotsuz aparatın vurulması mülki əhali üçün təhlükə yarada və arzuolunmaz nəticələrə səbəb ola bilərdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 24 Noyabr 2026 10:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















