Icma.az
close
up
RU
Almaniya istilərə görə 36 milyard avro itirdi

Almaniya istilərə görə 36 milyard avro itirdi

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Beynəlxalq ekoloji təşkilat “Greenpeace” Almaniyada həddindən artıq isti keçən yayın ölkə iqtisadiyyatına vurduğu zərərin həcmi ilə bağlı təhlil yayıb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, “Həddindən artıq isti yayın Almaniyaya xərci” adlı analizdə kənd təsərrüfatında məhsuldarlığın azalması, meşə yanğınları, səhiyyə xərclərinin artması və istehsalın aşağı düşməsi kimi amillərin Almaniya iqtisadiyyatına zərər vurduğu bildirilib.

Hesablamalara görə, bu məbləğ Almaniyanın ümumi daxili məhsulunun 0,8-0,9 faizinə bərabərdir.

Ən böyük zərbə biznes və istehsala dəyib

Təhlilə əsasən, isti hava dalğası nəticəsində ən böyük maliyyə itkisi biznes və istehsal sahələrində qeydə alınıb Yay ərzində təxminən 25 gün davam edən həddindən artıq isti hava işçilərin məhsuldarlığının azalmasına və istehsalatda fasilələrə səbəb olub. Nəticədə iqtisadiyyatın birbaşa 10,8 milyard avro zərər gördüyü hesablanıb.Bundan sonra quraqlıq və meşə yanğınları nəticəsində meşə təsərrüfatına dəyən 5-7,5 milyard avro həcmində zərər, həmçinin həddindən artıq isti hava ilə bağlı insan itkilərinin səhiyyə iqtisadiyyatına yaratdığı 6,9 milyard avroluq xərc gəlir. Quraqlıq səbəbindən kənd təsərrüfatında3,4 milyard avro itki yaranıb. İsti hava səbəbindən məktəblərdə tədris və öyrənmə səmərəliliyinin azalmasının isə təhsil sisteminə 3,2 milyard avroya başa gəldiyi təxmin edilir.

Reyn çayında suyun azalması logistikanı da vurub

Analizdə Reyn çayında su səviyyəsinin rekord həddə azalmasının və daxili su yolu daşımalarının pozulmasının da iqtisadi itkiləri artırdığı qeyd olunur. Bunun logistika və sənaye istehsalına 3,4-4,5 milyard avro arasında əlavə maliyyə yükü yaratdığı bildirilir.

“36 milyard avro minimum həddir”

“Greenpeace” nümayəndələri bildiriblər ki, məlumat çatışmazlığı səbəbindən bəzi sahələr üzrə itkiləri hesablamaq mümkün olmayıb. Bu səbəbdən 36 milyard avroluq ümumi zərər faktiki itkilərin minimum həddikimi qiymətləndirilməlidir. “Greenpeace”in maliyyə eksperti Mauricio Vargas bildirib ki, bu yay yaşanan istilər və quraqlıq milyonlarla insan və Almaniya iqtisadiyyatı üçün fəlakət xarakteri daşıyır.O, Almaniya hökumətini iqlim böhranına qarşı təcili və ciddi tədbirlər görməyə çağırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Avqust 2026 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see426

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see418

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see295

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see275

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see264

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see257

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see254

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see251

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see249

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see233

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see216

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see214

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see212

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see209

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see207

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see204

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see203

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri