Almaniya Kiyevə “Patriot” və “Gepard” qurğularını verəcək AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Almaniya artıq dekabrda Ukraynaya “Patriot” raket-buraxılış və “Gepard” özüyeriyən zenit qurğuları verəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Kansleri Olaf Şolts Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, dekabrda Ukraynaya, həmçinin təchizatı artıq elan edilmiş iki ədəd “IRIS-T” hava hücumundan müdafiə sistemi də veriləcək.
Şolts qeyd edib ki, 2025-ci ildə də Ukraynaya yeni silahlar, o cümlədən hava hücumundan müdafiə sistemləri, haubitsalar, hücum və kəşfiyyat pilotsuz uçuş aparatları, artilleriya mərmiləri, həmçinin 6 ədəd “Sea King” helikopteri də veriləcək.
Daha əvvəl Şolts son 2 ildə ilk dəfə Kiyevə elan olunmamış səfərlə gəlib. O, “X” sosial şəbəkəsində yazıb ki, dekabrda Berlinin Ukraynaya 650 milyon avro dəyərində silah tədarük etmək planları barədə Zelenskiyə məlumat verəcək.
Baxış sayı:127
Bu xəbər 02 Dekabr 2024 20:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















