Almaniya klublarının istədiyi iddia edilən yığmamızın üzvü: Çatışmayan cəhətlərim avr, onları yaxşılaşdırmağa çalışıram
Icma.az bildirir, Sportal.az portalına istinadən.
U-21 yığma komandamızın və "Şamaxı"nın müdafiəçisi Rüfət Abbasov Sportal.az saytına açıqlama verib.
Almaniya klublarının maraq dairəsində olduğu iddia edilən Abbasov məsələ haqda bunları deyib:
"Hazırda öz üzərimdə işləyirəm. Çatışmayan cəhətlərim var. Çalışıram ki, bu cəhətləri yaxşılaşdırım. Bütün fikrimi "Şamaxı"ya yönəltmişəm, qalan oyunlara fokuslanmışam. Hazırkı klubumla 1 illik müqaviləm var. Bütün diqqətimi öz oyunuma yönəltmişəm. Gələcəkdə necə olacağını isə elə zaman göstərəcək".
Bu mövsüm Misli Premyer Liqasında adından söz etdirən 20 yaşlı futbolçu gələcək ay keçiriləcək Azərbaycanın millisinin toplanışına cəlb olunmaq şansında bəhs edib: "Təbii ki, hər bir futbolçunun arzusu milli komandada oynamaqdır. Lakin nə vaxt məsləhət bilsələr, o vaxt çağırarlar. Hazırda bütün fikrimi növbəti oyunlara və özümə yönəltmişəm. Özümü daha çox inkişaf etdirim, ümid edirəm ki, nə vaxtsa əsas millimizin formasını geyinmək mənə də qismət olacaq".
Mirbağırağa
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 11 May 2025 12:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















