Icma.az
close
up
RU
Azərbaycan Almaniya üçün daha qiymətli olur

Azərbaycan Almaniya üçün daha qiymətli olur

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Prezident İlham Əliyevin Almaniyaya səfərinin əsas nəticələrindən biri "Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə"nin imzalanması oldu. Bu sənəd Azərbaycan-Almaniya əməkdaşlığı yeni mərhələyə daxil olması kimi də qəbul edilə bilər".

"Cebheinfo.az" xəbər verir ki, bunu iqtisadçı - ekspert Eldəniz Əmirov sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, söhbət artıq yalnız enerji sahəsindən getmir:

"Bəyannamədə ticarət, investisiyalar, yaşıl enerji, hidrogen, nəqliyyat və infrastruktur, müdafiə sənayesi, elm, texnologiya, innovasiya, rəqəmsal transformasiya, sənayenin modernləşdirilməsi, təhsil və birgə tədqiqat layihələri əməkdaşlığın prioritet istiqamətləri kimi müəyyən edilib.

Xüsusilə diqqət çəkən məqamlardan biri müdafiə sənayesində əməkdaşlığın ayrıca bənd kimi sənədə daxil edilməsidir. Eyni zamanda, sənaye modernləşdirilməsi, rəqəmsal transformasiya və inkişaf edən texnologiyalar üzrə əməkaşlığın nəzərdə tutulması Almaniyanın texnoloji potensialı ilə Azərbaycanın inkişaf prioritetlərinin üst-üstə düşdüyünü göstərir".

İqtisadçı qeyd edib ki, iqtisadi baxımdan bu kifayət qədər əhəmiyyətli mesajdır:

"Azərbaycan üçün əsas hədəf Almaniya kapitalının həcmini artırmaqdan daha çox, alman texnologiyalarını, sənaye təcrübəsini, innovativ istehsal modellərini və yüksək əlavə dəyər yaradan investisiyaları ölkəyə cəlb etməkdir.

Bu istiqamətdə atılacaq addımlar qeyri-neft sektorunun inkişafına və iqtisadiyyatın şaxələndirilməsinə uzunmüddətli töhfə verə bilər.

Bəyannamədə diqqət çəkən başqa bir məqam da əməkdaşlığın uzunmüddətli strateji məzmun daşımasıdır. Bu, təsadüfi deyil. Almaniya iqtisadiyyatı son illərdə həm sənaye rəqabət qabiliyyətinin qorunması, həm ixtisaslı işçi qüvvəsi çatışmazlığı, həm də yeni investisiya və istehsal platformalarının formalaşdırılması kimi çağırışlarla üz-üzədir. 

Digər tərəfdən, Angela Merkel dövründə Rusiyaya əsas enerji resursu mənbəyi kimi yanaşılması və etibarlı tərəfdaş amilinin kifayət qədər nəzərə alınmaması sonradan Almaniya üçün ciddi problemlər yaratdı. 

Xüsusilə "Şimal axını" layihələri ətrafında yaşanan proseslər (partlayış, yarımçıqlıq) Almaniyanın iqtisadi və enerji siyasətində yeni yanaşmanın formalaşmasına səbəb oldu. 

Bu gün Almaniya resurslara malik ölkələrlə yanaşı, etibarlı, sabit və uzunmüddətli tərəfdaşlarla əməkdaşlığa daha çox önəm verir. Hesab edirəm ki, Azərbaycanın Almaniya üçün artan əhəmiyyəti də məhz bu kontekstdə qiymətləndirilməlidir".

Gülər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 İyul 2026 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həbsdəki iş adamı Bakı Apellyasiya Məhkəməsinin sədrinə müraciət edib BU QANUNSUZLUQLAR ARAŞDIRILSIN!

29 Sentyabr 2026 10:26see140

Fərid Qayıbov: Bakı dünyanın idman paytaxtıdır

29 Sentyabr 2026 12:17see139

Demnadan Milanda yeni Gucci kolleksiyası (FOTO)

29 Sentyabr 2026 08:15see139

“Qarabağ”ın futbolçusu İrəvanda Şəkil

29 Sentyabr 2026 08:52see137

“Qızıl top” uğrunda mübarizədə gözlənilməz dəyişiklik

29 Sentyabr 2026 08:23see136

Hacı Şahin Həsənlinin nəvəsi dünyaya gəldi

29 Sentyabr 2026 11:28see136

Böyüdüyümüzü ilk dəfə harada anlayırıq? KÖŞƏ

29 Sentyabr 2026 10:57see136

Azərkosmos 36 ölkəyə xidmət ixrac edib

29 Sentyabr 2026 11:59see135

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

29 Sentyabr 2026 11:27see134

“Ola bilər ki, kimlərsə məndən narazılıq edir” (MÜSAHİBƏ)

29 Sentyabr 2026 08:10see134

EYNİ MƏHSULLAR, İKİ ÖLKƏ, FƏRQLİ QİYMƏTLƏR... Polşada, yoxsa Azərbaycanda yaşamaq daha bahadır? + FOTOLAR

29 Sentyabr 2026 13:22see133

Qızıl alanlara ŞAD XƏBƏR VİDEO

29 Sentyabr 2026 09:29see133

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

29 Sentyabr 2026 12:06see133

​“Tramp yolu”na qarşı “Putin yolu”? Ermənistanda “yeni təklif” müzakirə olunur

29 Sentyabr 2026 12:00see133

Gələcək investisiya siyasətinin əsas istiqamətlərindən biri

29 Sentyabr 2026 12:13see132

Bakı forumunda Prezident İlham Əliyevin investorlara mesajı ŞƏRH

29 Sentyabr 2026 12:13see132

Rusiyadan xəbərdarlıq: Mühasirəyə alsanız...

29 Sentyabr 2026 08:09see132

Sənaye Sİ ə güvənməyə hazırdır

29 Sentyabr 2026 12:19see131

Zülfünün Vətənə sevgisi ŞƏRH

29 Sentyabr 2026 09:40see130

Böyük Britaniya ABŞ aviabazası üzərindən uçuşları məhdudlaşdırıb

29 Sentyabr 2026 08:08see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri