Icma.az
close
up
RU
Almaniya ordusunun döyüş hazırlığı zəifləyib

Almaniya ordusunun döyüş hazırlığı zəifləyib

Icma.az bildirir, Missiya.az portalına istinadən.

Almaniya ordusunun döyüş hazırlığının səviyyəsi 2022-ci illə müqayisədə aşağıdır.
Missiya.Az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə hərbi məmurlar, qanunvericilər və müdafiə sahəsi üzrə ekspertlər bildiriblər.


Onların sözlərinə görə, yeni hökumət müdafiə xərclərini artırsa belə, xüsusən də hava hücumundan müdafiə sistemləri, artilleriya və əsgər çatışmazlığı səbəbindən uzun müddət geridə qalmış olacaq. Almaniya Silahlı Qüvvələri Assosiasiyasının rəhbəri polkovnik Andre Vüstner qeyd edib ki, Ukrayna münaqişəsinə qədər Almaniyanın döyüş hazırlıq səviyyəsi 65 faiz təşkil edən 8 briqadası olub. Ukraynaya silah, sürsat və avadanlıqların göndərilməsi, həmçinin ölkənin öz təlimlərini sürətləndirməsi mövcud texnikaya təsirini göstərib:


“Ümumilikdə, bu o deməkdir ki, Almaniyanın Quru Qoşunlarının hazırlıq səviyyəsi 50 faizə qədər düşüb”.


Kansler Olaf Şoltsun Almaniyanın “köhnəlmiş” Silahlı Qüvvələrində əsaslı təmir, 2025 və 2027-ci illərdə 40 min hərbçidən ibarət iki diviziyanın NATO alyansına təqdim ediləcəyi ilə bağlı vədlərinə baxmayaraq, ölkə ciddi maneələrlə üzləşib. “Reuters” yazır ki, ondan çox hərbi məmur, qanunverici və müdafiə sahəsi üzrə ekspertlər bu barədə məlumat verib. Almaniyanın bütün əsas partiyaları hərbi xərclərin NATO-nun tələb etdiyi ÜDM-in minimum 2 faizi səviyyəsində saxlanmasının tərəfdarı olduqlarını bildiriblər. Lakin ABŞ Prezidenti Donald Tramp tələb edir ki, NATO ölkələri hərbi xərclərini iki dəfədən çox artıraraq, ÜDM-in 5 faizi səviyyəsinə çatdırsın. NATO isə hərbi xərcləri təxminən 3 faizə yüksəltməyin mümkünlüyünü nəzərdən keçirir. Almaniyanın müdafiə naziri Boris Pistoriusun sözlərinə görə, hədəf göstəricisini 2 faizə çatdırmaq üçün ölkənin ildə 30 milyard avroya ehtiyacı olacaq.


Zərintac Mayisqızı
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://missiya.az
archiveBu xəbər 14 Fevral 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see333

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see314

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see305

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see302

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see293

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see284

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see264

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see260

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see253

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see250

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see247

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see244

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see238

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see237

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see230

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see217

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see211

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see202

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see202

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri