Icma.az
close
up
RU
Almaniya prezidenti Ermənistanın törətdiyi təxribatlarla bağlı narahatlıq bildirməli idi

Almaniya prezidenti Ermənistanın törətdiyi təxribatlarla bağlı narahatlıq bildirməli idi

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


Azərbaycan bütün tərəfdaşlarla qarşılıqlı hörmət əsasında, bir-birinin daxili işlərinə qarışmamaq prinsipi əsasında münasibətlər qurub. Almaniya ilə əlaqələrdə də bu prinsiplər üstünlük təşkil edir. Bütün dövlətlər kimi Azərbaycan üçün də ərazi büvütövlüyü və suverenliyə hörmətlə yanaşılması əsas prioritetdir. Bu məsələ Almaniya Prezidentinin ölkəmizə səfəri zamanı bir daha aktuallaşdı. Səfərdən öncə öz rəsmi sosial şəbəkədəki səhifəsində yol verdiyi siyasi səhvin cavabı ən yüksək səviyyədə verildi.
Ümumiyyətlə, Almaniyanın Cənubi Qafqaz siyasətində müəyyən boşluqlar müşahidə olunur. Hər nə qədər Ştayenmayer Qarabağı Azərbaycanın tərkib hissəsində tanıdığını etiraf etsə də bu ölkənin Ermənistana yanaşması, atılan bəzi qərəzli addımlar təəssüf doğurur. Berlinin ən böyük səhvi işğalçı ilə işğala məruz qalan arasında fərq qoymamasıdır. Hələ ki, Almaniya Fransa kimi Ermənistana öldürücü silahlar ötürməsə də “balansı qorumaq” ritorikası da qəbuledilən deyil. Belə yanaşmalar Ermənistanı arxayınlaşdırır, sülh ətrafında manipulyasiyanı davam etdirməsinə zəmin yaradır. Almaniya tərəfi sərhədyanı bölgələrdə Ermənistanın törətdiyi təxribatlarla bağlı narahatlıq ifadə edə bilərdi, irəli sürülən şərtlərin yerinə yetirilməsini tələb etməsə də tövsiyə edə bilərdi. Amma bunun əksinə olaraq, qondarma rejimin “bayrağı” virtual olaraq nümayiş olunur, alman telekanalında tarixi faktları təhrif edən film nümayiş etdirilir və s. Bu yanaşma heç bir halda ədalətə söykənmir.
Cənab Prezident Almaniya başda olmaqla bəzi bəlli Qərb dairələrinə növbəti dəfə xəbərdarlıq etdi. Dövlət başçımız bəyan etdi ki, Ermənistanın baş nazirindən sülh göyərçini düzəltməyə ehtiyac yoxdur. İkinci Qarabağ savaşından sonra regionda ilk sülh təşəbbüsünün müəllifi Azərbaycandır. Bu gün Azərbaycanın irəli sürdüyü şərtlər yenilik deyil. Ermənistanın bu şərtləri yerinə yetirməsi üçün heç bir maneə yoxdur. ATƏT-in Minsk Qrupunun ləğvi, Ermənistanın Konstitusiyasında dəyişiklik labüddür. Bu, dayanıqlı sülhün təminatıdır.
Könül Nurullayeva, Milli Məclisin deputatı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 04 Aprel 2025 08:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see211

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see170

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see157

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see151

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see137

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see136

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see135

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see134

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri