Icma.az
close
up
RU
G7 sammiti Trumpın ad gününü pozmamaq üçün başqa günə keçirilib

G7 sammiti Trumpın ad gününü pozmamaq üçün başqa günə keçirilib

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Yeddi Böyük Dövlət" (G7) sammiti, ABŞ Prezidenti Donald Trumpın ad gününü qeyd edə bilməsi üçün bir gün sonraya təyin edib.

Bizimyol.info xəbər verir ki, bu barədə "Politico", məlumatlı iki rəsmi şəxsin açıqlamalarına istinadən yazıb.

Bildirilir ki, əvvəlcə bu il sammitə ev sahibliyi edəcək Fransanın, tədbiri 14-16 iyun tarixləri arasında keçirmək niyyətində olduğu bildirilmişdi. Lakin məlum olub ki, 14 iyun həmçinin ABŞ-da "Bayraq Günü", həm də Donald Trumpın ad günüdür. Üstəlik, bu il ABŞ Prezidentinin yubileyi - 80 yaşı tamam olur.

Oktyabrda Trump, 14 iyun tarixində Ağ Evin "böyük UFC döyüşü" - qarışıq döyüş növləri üzrə çempionat təşkil edəcəyini elan etmişdi. Bu həftə, "Ultimate Fighting Championship"in baş direktoru Dana Uhite jurnalistlərə tədbirin yekun proqramının təsdiqləndiyini açıqlayıb.

Bu vəziyyətdə, Paris G7 sammitinin yenilənmiş tarixlərini açıqlayıb: indi sammit 15-17 iyun tarixləri arasında keçiriləcək. "Politico" xəbər verir ki, Fransa Prezidentinin ofisi, sammit tarixinin dəyişməsinin Trumpın ad gününə görə planlar qurması ilə bağlı olub-olmaması məsələsini təsdiqləməkdən imtina edib. Lakin Makronun ofisi yeni cədvəlin "G7 tərəfdaşları ilə aparılmış məsləhətləşmələrin nəticəsi" olduğunu etiraf edib.

Keçən il mətbuat yazmışdı ki, NATO-nun 24-25 iyun tarixlərində Haaqada keçirilən sammitinin proqramı Donald Trumpın xüsusiyyətlərinə uyğunlaşdırılıb. Qərb mətbuatının məlumatına görə, təşkilatçılar sammitin əsas hissəsini təxminən iki saat yarıb davam edən qısa bir sessiyaya salıblar. Bu qərar, Trumpın uzun diplomatık müzakirələrə qarşı göstərdiyi dözüm və həssaslıq nəzərə alınaraq verilib.

Mətbuat, bu formatı "qısa və rahat" adlandırıb və bunun Trumpı razı salmaq və sammitin proqramında gərginliklərin qarşısını almaq məqsədi ilə edildiyini qeyd edib.

Bu uyğunlaşma, sammitin yekun sənədində də özünü göstərib - bəyanat əvvəlki geniş NATO bəyanatları ilə müqayisədə çox qısa, yalnız bir neçə abzasdan ibarət olub. Həmçinin, ənənəvi mövzuların bir hissəsi, xüsusilə Rusiya aqressiyasına qarşı tənqid və Alyansın genişlənməsi ilə bağlı planlar daha qeyri-müəyyən şəkildə təqdim olunub.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 10 Yanvar 2026 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri