Icma.az
close
up
RU
Almaniya Prezidentinin Qarabağ Azərbaycandır deməsi üzrxahlığın bir növüdür AÇIQLAMA

Almaniya Prezidentinin Qarabağ Azərbaycandır deməsi üzrxahlığın bir növüdür AÇIQLAMA

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında bildirib ki, Qarabağ Azərbaycandır, bu, rəsmi Berlinin birbaşa və aydın mövqeyidir.

Redaktor.az-a açıqlamasında politoloq Asif Nərimanlı bildirdi ki, məlum bəyanat əslində yeni bir mövzu deyil.

"Almaniya əvvəldən beynəlxalq hüquqa əsasən bu ərazilərin Azərbaycanın olduğunu və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirdi. Amma məsələ odur ki, onu bəyanat formasında dilə gətirdilər. Reallıqda ermənilərə dəstək həmişə verilib. Avropa ölkələri arasında Almaniya daha çox bölgədə balansı qorumağa çalışan ölkələrdən olub. Azərbaycan-Ermənistan məsələsi dövründə və sonrakı dövrlərdə müəyyən qədər də olsa balansı qorumağa çalışıb. Fransa ilə müqayisədə Almaniya bu balansı daha çox qoruyaraq çıxış edib. Biz nəticə olaraq ermənilərə, Qarabağda qalmış separatçılara dəstək verildiyini bilirik. Xüsusilə Almaniyanın xarici işlər naziri timsalında bu, daha açıq formada görünür. 44 günlük müharibədən sonra Qarabağda separatçılığı davam etdirməyə çalışırdılar, buna Avropa ölkələri də dəstək verirdilər. Almaniya xarici siyasət idarəsi bu məsələdə daha aktivlik nümayiş etdirirdi. Bəyanatlarında beynəlxalq hüquqa əsaslanaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirdilər".

Politoloq qeyd etdi ki, Almaniya dövlət başçısının Bakıda verdiyi bəyanat təbii ki, reallığın ifadəsidir.

"Artıq Qarabağ məsələsi bitib, Azərbaycan ərazi bütövlüyünü təmin edib. Yeni bir şey deyilmir. Amma bir məsələ var. Bu bəyanatı “Qarabağ Azərbaycandır” formasında verməsi xüsusilə diqqət çəkir. Bu təsadüfü deyil. Almaniya Prezidentinin Ermənistana səfərində rəsmi sosial şəbəkəsində Qarabağ separatizmini dəstəkləyən açıqlama yayılmışdı. Rəsmi Bakının etirazından sonra, o silindi. Hətta rəsmi üzrxahlıq məktubu göndərildi. Bu məsələdən sonra prezidentin “Qarabağ Azərbaycandır” deməsi üzrxahlığın bir növüdür. Çünki “Qarabağ Azərbaycandır” ifadəsi Azərbaycan başçısına məxsusdur. Burada Almaniya prezidenti “Qarabağ Azərbaycandır” deməklə etdikləri səhvin üzrxahlığı kimi qəbul edilə bilər", - deyə müsahibimiz bildirdi.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Aprel 2025 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri