Icma.az
close
up
RU
Almaniya Rusiya ilə müharibə hazırlığına başlayıb

Almaniya Rusiya ilə müharibə hazırlığına başlayıb

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Almaniyada yeni hökumət ölkənin hərbi potensialını artırmaq üçün ciddi addımlar atmağa başlayıb.

Xristian Demokrat İttifaqı (CDU) və Sosial Demokrat Partiyası (SPD) arasında qurulan koalisiya Rusiyanı "ən böyük və birbaşa təhdid" olaraq təyin edir və Moskvaya qarşı daha qətiyyətli mövqe nümayiş etdirilməsi lazım olduğunu müdafiə edir.

"Cebheinfo.az" xəbər verir ki, Almaniyanın Baş Qərargah rəisi Karsten Breuer “Die Welt” qəzetinə müsahibəsində bildirib ki, ölkə 2029-cu ilə qədər genişmiqyaslı müharibəyə hazır olmalıdır:

“Rusiya ilə genişmiqyaslı münaqişəyə girə bilmək üçün əsgərlərimizin sayını artırmalıyıq”.

Almaniyanın “Handelsblatt” qəzetinin məlumatına görə, hərbi hissələrin və texnikanın sürətlə daşınması üçün “Lufthansa” və “Deutsche Bahn” kimi mülki nəqliyyat nəhəngləri ilə əməkdaşlıq danışıqlarına başlanılıb.

Hərbi Hava Qüvvələri rəsmiləri həmçinin mülki hava yolları və dəmir yolu şirkətlərinin pilotsuz uçuş aparatları (PUA) əməliyyatlarını dəstəklədiyini təsdiqləyib.

Müdafiə Nazirliyindən verilən açıqlamada, “Cəbhəyə hərbi ləvazimatların çatdırılmasında mülki logistika şirkətlərinə tamamilə etibar edirik” deyilib.

Almaniyanın kansleri Fridrix Mertsin rəhbərlik etdiyi yeni hökumətin ilk hədəfinin ümumi əsgər sayını 460 minə çatdırmaq olduğu elan edilib. Bu çərçivədə məcburi hərbi xidmət yenidən gündəmə gətirilib.

CDU 2011-ci ildə ləğv edilmiş hərbi xidmətə çağırışın yenidən tətbiq edilməsini müdafiə edir, SPD isə könüllülərə əsaslanan sistemin qalması lazım olduğunu müdafiə edir.

Nigar Hacılı 
"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:277
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Aprel 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri