Icma.az
close
up
RU
“QARA CÜMƏ”də ALICILARI NECƏ ALDADIRLAR? Ekspert AÇIQLADI

“QARA CÜMƏ”də ALICILARI NECƏ ALDADIRLAR? Ekspert AÇIQLADI

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Noyabr ayında keçirilən genişmiqyaslı endirim kampaniyaları ticarət sektorunda rəqabəti gücləndirməklə yanaşı, alıcıların alış-veriş vərdişlərinə də təsir göstərir. Bu dövrdə mağazalar müştəri cəlb etmək üçün müxtəlif qiymət təklifləri və reklam üsullarından istifadə edir, istehlakçılar isə bəzən əvvəlcədən planlaşdırmadıqları məhsulları almağa üstünlük verirlər. Belə kampaniyalar ticarət dövriyyəsini artırsa da, endirimlərin real iqtisadi faydası və qiymət siyasətinin şəffaflığı məsələsi aktuallığını qoruyur. 

“Qara cümə” kampaniyaları istehlakçıların alış qərarlarına və xərcləmə vərdişlərinə necə təsir edir? Endirim adı altında təqdim olunan qiymət təkliflərinin həqiqiliyinə nəzarət hansı mexanizmlərlə təmin edilməlidir?


Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən Crypto Consulting MMC-nin direktoru, kriptoinvest.az portalının rəhbəri və UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev bildirib ki, “Qara cümə” kimi genişmiqyaslı endirim kampaniyaları artıq yalnız satışların artırılması vasitəsi deyil, həm də istehlakçı davranışına təsir edən ciddi marketinq alətinə çevrilib.

Onun sözlərinə görə, bu dövrdə mağazalar məhdud müddətli kampaniyalar, faizlə ifadə olunan endirimlər, “son gün”, “məhdud sayda” və “yalnız bu gün” kimi mesajlardan istifadə etməklə alıcını daha sürətli qərar verməyə sövq edirlər: “Burada əsas məqam ondan ibarətdir ki, istehlakçı normal şəraitdə almayacağı məhsulu endirim gördükdə daha sərfəli alış kimi qəbul edə bilər. Yəni endirim faktiki olaraq istehlakçının tələbini deyil, alış qərarının vaxtını və impulsivliyini dəyişə bilər. Nəticədə əvvəlcədən planlaşdırılmayan xərclər artır. Digər tərəfdən, “Qara cümə” kampaniyalarının müsbət iqtisadi tərəfi də var. Rəqabətin güclənməsi mağazaları daha əlverişli qiymətlər təqdim etməyə, stokları sürətlə dövriyyəyə buraxmağa və müştəri bazasını genişləndirməyə məcbur edir. İstehlakçı üçün isə həqiqi endirim olduğu halda, xüsusilə yüksək məbləğli məhsullarda əhəmiyyətli qənaət imkanı yarana bilər.

Əsas problem “endirim” həqiqətən endirimdirmi? İstehlakçı üçün əsas məsələ “50% endirim” yazısının olması deyil, həmin 50 faizin hansı qiymətdən hesablanmasıdır. Məsələn, bir məhsulun kampaniyadan əvvəlki real satış qiyməti 1 000 manat olubsa və “30% endirim” tətbiq edilirsə, məhsulun yeni qiyməti 700 manat olmalıdır. Lakin məhsulun əvvəlki qiyməti qısa müddət ərzində 1 000 manata qaldırılıb, daha sonra “30% endirim” adı ilə 700 manata satılırsa, istehlakçı faktiki olaraq 300 manat qənaət etmiş olmur. Burada endirim görüntüsü yaradılsa da, real iqtisadi fayda başqa məsələdir”.

Ekspert qeyd edib ki, endirim kampaniyalarının şəffaflığını təmin etmək üçün yalnız reklamda göstərilən son qiymətə deyil, məhsulun əvvəlki qiymət tarixçəsinə də nəzarət edilməlidir: "Bunun üçün bir neçə mexanizm daha effektiv ola bilər:

-endirimdən əvvəlki qiymətin müəyyən müddət ərzində tətbiq olunmuş real satış qiyməti ilə müqayisəsi;

-onlayn platformalarda məhsulun qiymət dəyişikliklərinin istehlakçıya göstərilməsi;

-istehlakçıların qiymətləri müqayisə edə biləcəyi rəqəmsal alətlərin inkişaf etdirilməsi;

Nəticə etibarilə, “Qara cümə” kampaniyalarının özü problem deyil. Əksinə, düzgün təşkil olunduqda rəqabəti artırır və istehlakçıya real qənaət imkanı yaradır. Problem endirim mexanizminin istehlakçını yanıltmaq üçün istifadə edilməsidir. İstehlakçı üçün ən düzgün yanaşma isə endirim faizinə deyil, məhsulun son qiymətinə və həmin məhsulun əvvəlki qiymət dinamikasına baxmaqdır. Çünki “50% endirim” yazılması hələ 50% qənaət edildiyi anlamına gəlmir”.

Oğuz Ayvaz

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 27 Noyabr 2026 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see655

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see555

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see314

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see310

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see281

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see279

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see268

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see268

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see267

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see243

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see238

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see237

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see235

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see234

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see233

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see230

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see230

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see228

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see224

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri