Almaniya Ukraynaya zenit raket kompleksi verib
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın Ukraynaya "IRIS-T" zenit-raket kompleksinin yeni buraxılış qurğusunu təhvil verdiyini açıqlayıb.
Moderator.az xəbər verir ki, o bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.
"Dünən biz yeni "IRIS-T" buraxılış qurğusunu qəbul etdik. İnsanların müdafiəsinə verdiyi davamlı töhfəyə görə Almaniyaya təşəkkür edirik. Məhz belə güclü dəstək sayəsində minlərlə insanın həyatını qorumaq mümkün olub. Lakin Rusiyanın hücumlarını dəf etmək üçün kifayət qədər imkanlara malik olmaq məqsədilə hava hücumundan müdafiə sistemləri üçün daha çox raketə ehtiyacımız var", - deyə Zelenski bildirib.
Xatırladaq ki, "IRIS-T" təyyarələri, helikopterləri, pilotsuz uçuş aparatlarını və qanadlı raketləri məhv etmək üçün nəzərdə tutulmuş müasir hava hücumundan müdafiə raket kompleksidir. Sistem Almaniyanın "Diehl Defense" şirkəti tərəfindən istehsal olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:222
Bu xəbər 31 May 2026 15:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















